Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada parçalanma təhlükəsi: Ukrayna Çeçenistanın müstəqilliyini tanıya bilər
Rusiyada parçalanma təhlükəsi: Ukrayna Çeçenistanın müstəqilliyini tanıya bilər

Ukraynalı deputatlar təqdim etdikləri təkliflə Rusiya Federasiyasının tərkibində olan Çeçenistandakı separatçı bölgənin müstəqilliyinə dəstək verməyə çağırıblar.

Bizimyol.info xəbər verir ki, Rusiyanın RT kanalının xəbərinə görə, ukraynalı deputatlar Aleksey Qonçarenko və Musa Maqomedov ötən gün təqdim etdikləri təklifdə Ukrayna parlamentini Çeçenistan İçkeriya Respublikasını tanımağa çağırıblar. Qonçarenko sosial şəbəkədə yayımladığı bəyanatda Rusiya və Çeçenistan lideri Ramazan Kadırovun çeçen etirazçılara qarşı cinayətlər törətdiyini iddia edib.

Ukraynada təqdim olunan qətnamə Rusiyanın Ukraynadakı separatçı Donetsk və Luqansk xalq respublikalarının birtərəfli qaydada müstəqilliyinə cavab olaraq qiymətləndirilir.

Xatırladaq ki, 1990-cı illərdə çeçen üsyançıları ilə Rusiya arasında iki müharibə olub və Rusiyanın İkinci Çeçen müharibəsində qələbəsi ilə Çeçenistan rəsmən Rusiyaya birləşdirilib. Rusiya prezidenti Vladimir Putinin ən yaxın adlarından olan Kadırov çeçen döyüşçüləri Ukraynaya göndərib və sərt açıqlamaları ilə diqqət çəkib.

Qeyd edək ki, fevralın 24-də Rusiya lideri Putin 2014-cü ildən separatçılarla Ukrayna qüvvələri arasında müharibənin davam etdiyi Donetsk və Luqanskın müstəqilliyini tanıyıb və ölkədə hərbi əməliyyata başlayıb. 140 gündür davam edən müharibə xüsusilə separatçıların yerləşdiyi bölgədə şiddətli toqquşmalarla davam edir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »