Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putin də daxil olmaqla 98 təşkilat və 1160 şəxs sanksiya siyahısındadır"
"Putin də daxil olmaqla 98 təşkilat və 1160 şəxs sanksiya siyahısındadır"

Avropa İttifaqına (Aİ) üzv dövlətlər Rusiyaya qarşı sanksiyaları davam etdirərkən Avropa Komissiyasının (Aİ) ədliyyə komissarı Didye Reynders paytaxt Praqada Avropa İttifaqına üzv ölkələrin ədliyyə nazirlərinin qeyri-rəsmi toplantısında jurnalistlərə Rusiyaya qarşı sanksiyalardan danışıb.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Ukraynaya hücumlarının başlamasından bu yana Avropa İttifaqına üzv ölkələrin ümumilikdə 13,8 milyard avroluq Rusiya sərvətlərini dondurduqlarını ifadə edən Reynders “hazırda oliqarxlardan və digər təşkilatlardan gələn 13,8 milyard avroluq vəsaiti dondurduq ki, bu da kifayət qədər böyük rəqəmdir",-deyə bildirib.

Bu aktivlərin çoxunun 27 Avropa Birliyi dövlətindən 5-i tərəfindən dondurulduğunu ifadə edən Reynards “çox böyük bir hissəsi, 12 milyarddan çox hissəsi 5 üzv ölkədən gəlir",- deyə əlavə edib.

AB-nin digər üzv dövlətlərini Rusiya aktivləri istiqamətində addımlar atmağa çağıran Reynders bildirib ki, hazırda Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla 98 təşkilat və təxminən 1160 nəfər sanksiya siyahısındadır.

Bildirilib ki, dondurulmuş aktivlərin məbləği bank hesablarında saxlanılan nağd pul vəsaitlərinin, habelə həbs edilən yaxtaların və əmlakların təxmini dəyərinin məcmusudur. Sözügedən dondurulmuş aktivlər arasında Aİ Komissiyasının keçən may ayında dondurduğu Rusiya Mərkəzi Bankına məxsus 24 milyard avroluq aktivlər yoxdur.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »