Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazir postunda Consonu əvəz edəcək 8 ad seçilib
Baş nazir postunda Consonu əvəz edəcək 8 ad seçilib

Böyük Britaniyanın baş naziri Boris Consonun iyulun 7-də Mühafizəkarlar Partiyasının lideri və baş nazir vəzifəsindən istefa verməsi ilə yeni partiya lideri və baş nazirin seçilməsi prosesi başlayıb. Mühafizəkarlar Partiyası daxilində namizəd ərizələrinin toplanmasından sonra ilk səsvermədə 8 nəfərin namizədliyi yekunlaşıb.

Bizimyol.info xəbər verir ki, qaydalara uyğun olaraq, Mühafizəkarlar Partiyasından 358 millət vəkili, keçmiş maliyyə naziri Rişi Sunak, ticarət naziri Penny Mordaunt, Mühafizəkarlar Partiyasından olan deputat Tom Tugenhadt ən azı 20 millət vəkilinin dəstəyi ilə partiya liderliyi və baş nazirlik üçün mübarizə aparacaq.

Xarici işlər naziri Liz Truss, İngiltərə və Uels üzrə baş prokuror Suella Braverman, Birlik naziri Ceremi Hant, keçmiş Mənzil və İcmalar Departamentinin Bərabərlik naziri Kemi Badenok və yeni maliyyə naziri Nadhim Zahavi namizədlər arasındadır.

Sabah keçiriləcək səsvermədə bu gün müəyyənləşən 8 namizədin hər biri azı 30 deputatın dəstəyini almalı olduğu halda, 30-dan az səs toplayan namizədlər seçki yarışından kənarlaşdırılacaq. Sabahkı səsvermənin saat 13.30-15.30 arasında keçiriləcəyi gözlənilir. Sabahdan sentyabrın 5-dək səsvermənin davam etdirilməsi planlaşdırılır.

Onu da əlavə edək ki, seçki yarışında cəmi 2 deputat qalıb. İstefa verən Conson isə yeni lider seçilənə qədər baş nazir vəzifəsində qalacaq.

Məlumat üçün bildirək ki, keçmiş səhiyyə naziri Sacid Cavid, nəqliyyat naziri Qrant Şapps və Mühafizəkarlar Partiyasından olan deputat Rəhman Çişti dünən rəsmən başlayan liderlik yarışında iştirak etmək niyyətində olduqlarını bildirsələr də, namizədlikdən geri çəkiliblər. Bildirilib ki, Cavid və Kristi 20 səs baryerini keçə bilmədiklərinə görə namizədliklərini geri götürüblər. Şappsın ötən gün namizədliyini geri götürdüyü və Sunakı dəstəklədiyi bildirilib.

Maliyyə naziri Zahavi açıqlamasında “həmkarlarım tərəfindən partiyamızın və ölkənin lideri olmaq üçün namizədliyimi irəli sürülməkdən məmnunam. Sabahkı səsverməni səbrsizliklə gözləyirəm”, - deyə bildirmişdi.

Keçmiş Mənzil və İcma Bərabərlik Naziri Kemi Badenok deyib: “Məni namizəd göstərən bütün həmkarlarıma minnətdaram. İndi biz yeni bir başlanğıca diqqət etməliyik”.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »