Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
9 Avropa ölkəsi İsrailin Fələstinlə bağlı müraciətinə cavab verib
9 Avropa ölkəsi İsrailin Fələstinlə bağlı müraciətinə cavab verib

Avropa İttifaqına (Aİ) üzv olan 9 ölkənin Xarici İşlər Nazirlikləri birgə bəyanatda, İsrailin altı Fələstinli qeyri-hökumət təşkilatını terror təşkilatı kimi tanımaq tələblərini rədd etdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Belçika, Danimarka, Fransa, Almaniya, İrlandiya, İtaliya, Hollandiya, İspaniya və İsveç xarici işlər nazirliklərinin sözçüləri tərəfindən “Fələstin Qeyri-Hökumət Təşkilatları haqqında Birgə Bəyanat” başlığı ilə dərc edilən bəyanatda İsrailin bu addımı ata bilməyəcəyi bildirilib.

Doqquz ölkənin birgə bəyanatında bildirilir: “İsrail 22 oktyabr 2021-ci ildə Fələstinin altı qeyri-hökumət təşkilatını terror təşkilatı elan edib. Terrorizm və ya terror qruplarına bağlılıq ittihamları hər zaman ən ciddi şəkildə qəbul edilməlidir. Buna görə də təriflər diqqətlə və hərtərəfli qiymətləndirilməli idi. Biz İsraildən bu QHT-ləri “terror təşkilatı” kimi təyin etmək qərarı əsasında altı Fələstin QHT-si ilə bağlı siyasətimizi nəzərdən keçirməyimizə haqq qazandıracaq heç bir əhəmiyyətli məlumat tapmadıq”.

Bəyanatın davamında isə “əksini sübut edən sənədlər varsa, ona uyğun hərəkət edəcəyik. Belə dəlillər olmadığı halda biz bu qeyri-hökumət təşkilatlarına əməkdaşlığımızı və güclü dəstəyimizi davam etdirəcəyik. Azad və güclü vətəndaş cəmiyyəti demokratik dəyərlərin və iki dövlətli həllin təşviqi üçün zəruridir”,-deyə qeyd olunub.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »