Müasir bəşəriyyət olaraq, demək olar ki, həyəcan siqnallarından asılı olaraq yaşayır. Erkən və yaxud istədiyimiz zaman yuxudan durmaq üçün siqnallar çox önəm daşıyır. Bu həyəcan siqnalları çox vaxt günümüzü xilas edir və bəzən isə, yuxumuzu pozur.
Bəs həyatımızın hər sahəsində özünü hiss etdirən bu həyəcan siqnalları olmasa, nə olardı? Ta qədim zamanlarda qədim yunanlar və misirlilər günəşin hərəkətinə uyğun olaraq kölgənin hərəkəti ilə işləyən günəş saatları və obelisklər yaratmışdılar.
1500-cü illərdə bəşəriyyət qum saatları və su saatları istehsal etməyə başladı. Müasir zamanda isə, biz smartfonlarımızdan istifadə etdiyimiz həyəcan siqnallarından asılıyıq. İnsanlar bu ixtiralar edilməmişdən öncə, yuxudan erkən oyanmaq üçün çoxlu su içib yatırdılar. Bu su içmə sayəsində insanlar günəş doğmadan əvvəl işlərini görə bildilər. Sidik kisəsinə nəzarət sistemi adlanan bu oyanma sistemindən o zamanlar yerli amerikalılar da istifadə edirdilər.
Saat ixtira edilməzdən əvvəl onlar sünbüllü şamdan istifadə edirdilər. Antik dövrün ilk ixtiralarından biri olan şamdan həm istiləşmə, həm də xatırlatma kimi istifadə olunurdu. Bu xatırlatma əsaslı siqnalizasiya sistemi kimi, sünbüllü şamda istənilən vaxt intervalına mismar taxılır və ərimiş mum damcıları dırnaq səviyyəsinə çatdıqda şamdanın altına düşərək xəbərdarlıq edirdilər.
Bəs ilk zəngli saat necə yarandı?
Siqnalın ideyası qədim yunan fiziki və riyaziyyatçısı Ktesibios tərəfindən verilib. Ktesibios müəyyən bir ritmlə çəni su ilə dolduraraq işləyən su saatının ixtiraçısıdır. Bu, ilk zəngli saat olsa da, kifayət qədər səs-küy yaratmadığı üçün çox faydalı deyildi. Bir müddət sonra filosof Platon öz zəngli saatını icad etdi. Bu zəngli saat su saatı idi və öz səsi ilə insanları oyandıran ilk uğurlu zəngli saat idi.
Platonun ixtira etdiyi zəngli saat Yunan mühəndislik məktəbi “Ctesibius”'u daha səmərəli etdi. “Ctesibius” bunu siqnala siferblat və göstərici əlavə edərək, siqnalı proqramlaşdırıla bilən hala gətirdi. Ktesibius sayəsində insanlar tarixdə ilk dəfə nə vaxt oyanacaqlarını idarə edə bildilər. İllər sonra qədim yunanlar ilk mexaniki saatı icad etdilər. Bu ixtira zamanla dünyanın hər bir sivilizasiyasına yayıldı.
Sənaye inqilabından sonra…
Sənaye İnqilabından sonra İngiltərə və İrlandiyada “arousers” fəal rol oynamağa başladı. Bu zaman bu sahədə işləyən adamlar oyandırılacaq adamı oyanana qədər uzun çubuqla onun pəncərəsinə vururdular. Bu sahədə çalışanlar zəngli saatdan bir neçə qəpik daha ucuz xidmət göstərdiyi üçün bu işçilərə insanlar tərəfindən də böyük tələbat var idi. Zəngli saatın qiyməti münasib olub xalq arasında geniş yayılanda isə, bu peşəyə son qoyuldu.
24 oktyabr 1876-cı ildə Amerikalı saat ustası Sez Tomas, müasir sayıla biləcək istənilən vaxt quraşdırıla bilən mexaniki dolama zəngli saatı patentləşdirdi. Bu saat texnologiyadan əvvəlki zəngli saatların sələfi idi. Bu gün siqnalizasiya sistemi o qədər kiçik və praktik hala gəlib ki, smartfonlarımız vasitəsilə cibimizə girə bilir.
İlahin, Bizimyol.info