Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ukrayna torpaq verməlidir” - ABŞ-ın qoca strateqi NATO-nu razı sala bilib
“Ukrayna torpaq verməlidir” - ABŞ-ın qoca strateqi NATO-nu razı sala bilib

ABŞ Prezidenti Bayden və Rusiya Prezidenti Putinin geosiyasi şahmat oyunu davam edir.

Ukrayna müharibəsi xəritələri dəyişməyə başlayır. Ölkə iki yerə bölünüb və Avropanın xəritəsi qeyri-rəsmi olaraq dəyişdirilib. İndi “Ukrayna şahmatı”nda ciddi proseslər baş verir. Rusiya Ukraynanın şərqindəki Donbasın son nöqtəsi olan Lisiçansk şəhərini ələ keçirdiyini açıqlayıb. Rusiya bütün Donbasa nəzarəti ələ keçirərkən, Ukraynanı Dnepr çayından başlayaraq iki yerə bölüb. Lisiçansk sənaye bölgəsi Donbasın bir hissəsi olan Luqanskda Ukraynanın sonuncu qalan şəhəri idi. Rusiya keçən ay burada Severodonetsk şəhərini də ələ keçirdi.

Ukraynanın şərq bölgəsi olan Donbasın tamamilə Rusiya tərəfindən ələ keçirilməsindən sonra ABŞ-ın analitik beyinlərindən biri kimi tanınan Henri Kissincerin Donbasla bağlı proqnozları və Baydenin Onunla eyni fikirləri bölüşməsi diqqəti daha çox cəlb edir.

26 may, 2022-ci il tarixdə Amerikanın dərinliklərini pərdə arxasından idarə edən Xarici Əlaqələr Şurasının beyni, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Davosda keçirilən Dünya İqtisadi Forumunda bəyan etdi ki, Donbasdaözünüidarə qurulmalıdır. Həmçinin Kissincerin “Ukrayna torpaq verməlidir” sözləri dünya mətbuatında geniş müzakirələrə səbəb olub. Soyuq Müharibə dövründə ABŞ-ın xarici siyasətinin formalaşmasında əsas rol oynamış Kissincer Qərbi Ukraynadakı Rusiya qüvvələrini əzmək cəhdlərindən əl çəkməyə çağırıb.

Henri Kissincer Henri Kissincer

Əslində Fransa lideri Makron Kissincerin dərin mesajını yerinə yetirmək üçün “Müharibə bitəndə çıxış yolu tapmaq üçün Rusiyanı alçaltmamalıyıq” demişdi.

Ardınca Almaniya kansleri Olaf Şolz Kissincerin dərin mesajı ilə eyni çərçivədə razılaşdığını göstərən açıqlamalar verdi.

Vaxtilə ABŞ prezidenti Baydenin Putinin Donbasdakı istəklərini “kiçik ilhaq” adlandırması diqqət çəkmişdi, Lakin rus ordusu Kiyevi mühasirəyə alanda, Bayden sözlərini düzəltməli oldu.

Kissincerin Davos bəyanatından sonra ABŞ Prezidenti Bayden də Kissincerin təklifinin müzakirə oluna biləcəyini bildirib. “Dərin” ABŞ-ın baş strateqi olan Kissincerin yaxın günlərdə verəcəyi açıqlamaları diqqətlə izləmək faydalı olardı. Aydındır ki, Kissincer ABŞ-ın “dərin istəklərini” səsləndirir.

Donbas indi tamamilə Rusiyanın işğalı altındadır. Ukraynanın Azov dənizi ilə əlaqəsi yoxdur. Odessa işğal olunarsa, Ukraynanın Qara dənizlə quru əlaqəsi olmayacaq. Ukrayna şərqdə Dnepr çayı ilə iki yerə bölünür. NATO hal-hazırda Baltik dənizində Rusiyanı mühasirəyə ala bilib, Azov dənizində isə ona nəzarət edə bilir.

Putinin Ukraynaya təcavüzünün kritik nəticələrindən biri ortaya çıxıb. Putin Qara dəniz vasitəsilə Azov dənizini tamamilə nəzarətə götürdüyü halda, NATO-nun Baltik dənizində Rusiyanı mühasirəyə almasına şahidi olacaq. Baltik dənizindəki Rusiya çıxışı, Sankt-Peterburq və Litva ərazisindən kənarda yerləşən Kalininqrad da NATO mühasirəsinə daxil edilib.

Qeyd edək ki, Kalininqrad Rusiya donanmasının, dəniz və hava bazalarının geosiyasi mərkəzidir.

Gedişat göstərir ki, Baltik dənizi Rusiyaya qapadıla bilər. Finlandiya və İsveç NATO-ya daxil olarsa, Rusiyanın Baltikyanıdakı yeganə torpağı Kalininqrad tamamilə NATO ölkələri ilə əhatə olunacaq, Baltik dənizi isə NATO gölünə çevriləcək.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »