Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda bu şəxslər vergi öhdəliyindən azad edildi
Prezident İlham Əliyev Milli Məclisin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qəbul etdiyi qərarı təsdiq edib. AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 77.4.2-ci maddəsinə “hallarda” sözündən sonra “, habelə qanun əsasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar silindikdə” sözləri əlavə edilib.

Qeyd edək ki, 77.4-cü maddə vergi öhdəliyinə xitam verilmə hallarını nəzərdə tutur. Beləliklə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları silinmiş şəxslər vergi öhdəliyindən azad edilib.

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
››› Mənzildən kişi meyiti aşkar olunub
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »