Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən varlı adamı “Twitter”-i almaqdan niyə imtina edib?
Dünyanın ən varlı adamı “Twitter”-i almaqdan niyə imtina edib?

“Tvitter” hüquqşünasları Elon Maskın şirkəti 44 milyard dollara almaqla bağlı müqaviləni ləğv etmək cəhdinə cavab verib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, iyulun 8-də Maska müqaviləni ləğv etmək istədiyi barədə rəsmi məlumat verildikdən dərhal sonra şirkət ona qarşı hüquqi tədbirlər görməyə hazır olduğunu bildirib.

İndi isə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi yeni ərizədə “Tvitter” Maskın hərəkətlərini “uyğunsuz və qanunsuz” adlandırıb.

Əvvəllər Mask və vəkilləri şirkəti platformadakı botların və saxta hesabların sayı ilə bağlı “yalan və aldadıcı” iddialarda ittiham edirdilər. Onlar sübut təqdim etmədən botların sayının “Tvitter”-in iddialarından “daha çox” ola biləcəyini iddia etmişdilər.

Maskın vəkillərinə yazdığı məktubda “Tvitter” razılaşmanın tərəfini tərk etdiyini rədd edib. Maskın özünün “sövdələşməni bilərəkdən və qəsdən maddi olaraq pozduğu” deyilir.

Qeyd edilib ki, müqavilədə Maskın “Tvitter”-ə və ya işçilərinə ayrı-seçkilik mövqeyindən baxmağını qadağan edən bənd var.

Xatırladaq ki, dünyanın ən varlı milyarderi İlon Mask bir müddət əvvəl “Tvitter” sosial şəbəkəsini almaq müqaviləsini ləğv etmək qərarına gəlib. Belə ki, aprelin 24-də “Tvitter” İlon Maskın şirkəti 44 milyard dollara almaq təklifini qəbul edib. Mask “Tvitter”-i almaq üçün 33,5 milyard dollar vəd edib.

Sosial şəbəkə üçün 21 milyard dollar kapital, 12,5 milyard dollarlıq marja krediti, 13 milyard dollar isə “Tvitter” tərəfindən təmin ediləcəkdi.

Mayın 13-də Musk spam hesabların sayının hesablanmasını gözlədiyi müddətdə müqaviləni ləğv etdiyini açıqlayıb.

Qeyd edək ki, hazırda İlon Mask dünyanın ən varlı adamıdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »