Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suyun son istifadə tarixi varmı və ya su nə zaman təhlükəli ola bilər...
Suyun son istifadə tarixi varmı və ya su nə zaman təhlükəli ola bilər...

Bədənimizin 60 faizini təşkil edən və həyat qaynağaı hesab edilən suyun son istifadə tarixi ola bilərmi?

Bu isti yay günlərində hamımız sudan çox istifadə edirik. Su aldığımız zman isə şüşələrin üzərində olan rəqəmləri görürük.

Mütəxəssislərin fikrincə, digər məhsullardan fərqli olaarq son istifadə tarixi keçmiş suyu təsadüfən içmək ölümcül nəticələnə bilməz. Çünki su şüşələrinin üzərində olan son istifadə tarixi suyun deyil, şüşənin son istifadə tarixidir.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, xüsusilə plastik şüşələr bu baxımdan təhlükəli hesab edilə bilər. Çünki suyun içinə plastik şüşədən insan sağlamlığı üçün son dərəcə zərərli olan Bisfenol A keçə bilər.

Yəni son istifadə tarixi keçmiş suyu içdiyiniz zaman içdiyiniz suya Bosfenol qarışmış ola bilər.

Mütəxəssislərin fikrincə, plastik şüşələrdə suyu alarkən daha diqqətli davranmaq lazımdır. Çünki plastik təkcə insan sağlamlığı üçün deyil, eləcə də təbiət üçün təhlükəli materialdır.

Plastik şüşələrin üzərində adətən, 2 illik son istifadə tarixi yazılır. Bu son istifadə müddəti (SİM) keçdikdən sonra plastik şüşədəki su sağlamlıq üçün təhlükəli ola bilər.

Bisfenol daha çox qadınlar üçün təhlükəli hesab edilsə də, hamıya zərər verir. Aparılan araşdırmalara görə, ostrogen hormonunu təqlid edən Bisfenol qadınlarda mensturasiya nizamını pozur, süd vəzisi xərçəngi, ürək çatışmazlığı, sonsuzluq və astma kimi xəstəliklərə səbəb olur.

Eyni zamanda bu maddəyə məruz qalan xərçəng xəstələrində kimyaterapiya mənfi nəticə verir. Bisfenol bir çox ölkələrdə qadağan eidlmiş bir maddədir. Amma buna baxmayaraq, uşaqlar üçün əmzik və digər plastik şüşələrin də tərkibində ola bilər.

Əgər suyu krandan alıb içiriksə, bu zaman da diqqətli davranmalıyıq. Mütəxəsisslər bildirir ki, ümumiyyətlə, qablaşdırılmış su 6 ay öz tərkibini itirmir. Son istifadə müddəti 6 ay olan su vaxtı keçdikdən sonra qəbul edilən zaman müxtəlif xəstəliklərə yol aça bilər.

Suyun keyfiyyətsiz olduğunu özünüz evdə müəyyən edə bilərsiniz. Bir stəkana su töküb bu suyu 2 gün saxladıqdan sonra bir qurtum için. Suyun karbondioksid və bakteriyalar tərəfindən dadının necə dəyişdiyinə şahid olacaqsınız.

Birbaşa günəş işığına məruz qalan su sağlam olmayan su hesab edilir. Belə suyun dadında acılıq və qan dadı hiss edilir.

Keyfiyyətini itirmiş sudan az içsəniz, sizin sağlamlığınıza böyük təsir etməz, amam çox içmək sizi xəstəxanalıq edə bilər.

Bir neçə qurtum keyfiyyətini itirmiş su ishal, mədə ağrısı, ürək bulanma və ya qusmaya səbəb ola bilər.

Nadir olsa da, bədənin tələb etdiyindən çox su içmək ölümlə də nəticələnə bilər. Buna su zəhərlənməsi deyilir. Hiponetramiya adlanan bu vəziyyətə düşmək üçün 1 saat ərzində 20 litr su içmək yetərli ola bilər. Bu hal daha çox idmanla məşğul olan şəxslərdə müşahidə edilir.

Gün ərzində hər bir normal insan 3 litr su içməlidir. Az su içdiyiniz zaman sizdə baş gicəllənmə, baş ağrısı, ürək bulanma, yüksək təzyiq, astma, miqren və ciddi böyrək çatışmazlığı müşahdə edilə bilər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »