Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran Rusiyaya yüzlərlə dron verməyə hazırlaşır"
"İran Rusiyaya yüzlərlə dron verməyə hazırlaşır"
Rusiya İrandan Ukrayna müharibəsində istifadə etmək üçün yüzlərlə pilotsuz uçuş aparatı verməsini istəyib.

Bızımyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan danışıb. Sallivanın sözlərinə görə, İranın Rusiyaya pilotsuz sistemlərdən hansı birini verib-vermədiyi bəlli deyil, lakin ABŞ-da İranın bu ayın əvvəlində Rusiya qoşunlarına təlim verməyə hazırlaşdığına dair məlumatlar var.

"Bizim məlumatımız onu göstərir ki, İran hökuməti Rusiyaya bir neçə yüzə qədər PUA verməyə hazırlaşır",- deyə Sallivan bildiirb.

Ağ Ev sözçüsü qeyd edib ki, İran bu ilin əvvəlində atəşkəs əldə edilməmişdən əvvəl Səudiyyə Ərəbistanına hücum etmək üçün Yəmənli Husi üsyançılarına da oxşar pilotsuz təyyarələr təqdim edib.

Xatırladaq ki, bir müddət əvvəl “The Guardian”nəşri yazırdı ki, İraqdan Rusiyaya RPG və tank əleyhinə raketlər, eləcə də çoxsaylı reaktiv yaylım atəşi sistemləri göndərilib. Bundan əlavə, Tehran Moskvaya Rusiyanın S-300-ə bənzər İranın Bavar 373 raket əleyhinə kompleksini verib.

Qeyd edilir ki, daha sonra üç yük gəmisi (ikisi Rusiya bayrağı altında, biri isə İran bayrağı altında) İranın Bəndər Ənzəli limanından Xəzər dənizini keçərək Həştərxana yollanıb.

Silah alveri ilə məşğul olan cinayət dünyasının istifadəsi Rusiya strategiyasında dramatik dəyişiklik deməkdir. Çünki Moskva sanksiyalar qarşısında getdikcə daha çox İrana arxalanmağa məcburdur.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »