Luqansk vilayət hakimiyyətinin rəhbəri Serhiy Qaydai bildirib ki, Rusiya Ukraynanın əks-hücumunun qarşısını almaq üçün Luqansk və Donetsk vilayətlərini tez bir zamanda işğal etməyə çalışacaq.
Bizimyol.info xəbər verir ki, Ukrayna mətbuatına müsahibəsində o, Rusiyanın Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə daxil olduqdan sonra dərhal referendum keçirməyə cəhd edəcəyini və bu ərazilərin öz tərkibinə daxil edilməsinə qərar verəcəyini ehtimal edib.
"Və sonra, Ukrayna əks-hücuma başlayanda və əraziləri azad edəndə, Putin sadəcə, Ukraynanın Rusiyaya qarşı müharibəyə başladığını elan edəcək, buna görə də tam səfərbərlik elan ediləcək",- Qaydai hesab edir. Qeyd edək ki, Putin ümumxalq qəzəbindən qorxaraq hələ də ümumi səfərbərlik elan edə bilmir. O üzdən də onun Ukraynanın əks-hücumundan hiyləgər bəhanə kimi sitifadə edəcəyi gözlənilir.
Onun sözlərinə görə, 2014-cü ildə Rusiya bu addımı atmadı, çünki Ukraynanın öz ərazilərini geri almaq üçün kifayət qədər hərbi gücü yox idi, amma indi vəziyyət başqadır. Qaydai əlavə edib ki, kifayət qədər güclü Qərb silahları ilə Ukrayna Silahlı Qüvvələri işğalı tamamilə aradan qaldırmağa qadirdir.
"Ukraynanın cənubunun Rusiya işğalçılarından azad edilməsinə hazırlıq fevralın 24-dən davam edir. Ukrayna hərbçiləri buraxılmağa hazırdır və hədəfə doğru irəliləyir". Ukrayna mediası xəbər verir ki , bunu Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirici Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk brifinq zamanı deyib.
"Biz torpaqlarımızı azad etməyə hazırıq və hər gün irəliləyirik və bu işi görürük. Bunun əhalinin gözləntilərini daha da doğrultması ehtimalı təbii ki, artilleriya sektorunda yeni imkanların əldə edilməsi və güclənməsi ilə daha da çox olacaq. Amma gəlin, işi bitirmək üçün lazım olan “sükut” rejimini saxlayaq”.
Daha əvvəl müdafiə naziri Aleksiy Reznikov bildirib ki, prezident Vladimir Zelenski Ukraynanın cənub vilayətlərinin azad edilməsi əmrini verib. Xatırladaq ki, Baş Qərargah Rusiya işğalçılarının Ukrayna hərbçilərinin Ukraynanın cənubunda irəliləyişini dayandırmağa çalışdığını bəyan etmişdi. Ukrayna qüvvələri həmçinin Xersonda da Rusiya qüvvələrini sıxışdırmağa başlayıb.
Bizimyol.info