Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bulud hara getsə, orada cinayət sayı artırdı" - Dünyanın yeni faciəsi
"Bulud hara getsə, orada cinayət sayı artırdı" - Dünyanın yeni faciəsi

Hazırda dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər 10 nəfərdən 9-u təhlükəli dərəcədə çirklənmiş hava ilə nəfəs alır.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, havanın çirklənməsinin hər il 7 milyon insanın ölümünə səbəb olduğu təxmin edilir.

London İqtisadiyyat Məktəbinin tədqiqatçısı Sefi Roz 2011-ci ildə havanın çirklənməsinin təsirlərini araşdırıb. O, əvvəlcə havanın çirklənməsinin koqnitiv performansa təsir edib-etmədiyini araşdırdı.

Roz uzun müddətli təsirləri görmək üçün 8-10 il müşahidələr aparıb. "Hava çirklənməsinin təsiri qısamüddətli olsa belə, həyatınızdakı kritik mərhələyə çatarsa, uzunmüddətli təsirləri ola bilər",-deyə o bildirir.

2016-cı ildə aparılan başqa bir araşdırma isə Rozun havanın çirklənməsinin məhsuldarlığı azalda biləcəyinə dair tapıntılarını dəstəklədi. Roz, 2018-ci ildə Londonda iki illik cinayət məlumatlarını təhlil edərkə müəyyən edib ki, ən çox cinayətlər havanın ən çox çirkləndiyi günlərdə baş verib.

Mütəxəssislərin fikrincə, çirklənmə buludunun getdiyi yerdə cinayət artır. Sorğu zamanı müəyyən bölgələrdə zamanla dəyişiklik və qeydə alınmış çirklənmə dərəcələri müqayisə edilib. Çirkli hava buludu külək əsdikcə yerindən oynaya bilər və çirkliliyi şəhərin zəngin və ya kasıb hər yerinə təsadüfi şəkildə daşıya bilər.

"Biz bu buludu hər gün seyr edirdik və hara getdiyindən asılı olmayaraq, cinayət nisbətlərinə baxırdıq. Bulud kütləsi hara getsə, orada cinayət sayı artırdı",- deyə Roz bildirib.

Araşdrımanın müəllifi bildirir ki, hətta kiçik bir çirklənmə də fərq yarada bilir. "Biz müəyəyn etdik ki, çirklənmə aşağı səviyyədə olsa belə, çirklənmənin cinayətə təsiri böyükdür",- deyə o, bildirib.

Mütəxəssislər bildirir ki, hava çirklənməsi altı əsas cinayət kateqoriyasını, adam öldürmə, zorlama, quldurluq, avtomobil oğurluğu, oğurluq və soyğunçuluq hallarını artırır. Ən çox çirklənmə olan şəhərlərdə cinayət hadisələrinin sayı da çox olur.

Mütəxəssislər bildirir ki, hava kirliliyi yeniyetmələrə daha güçlü təsir edir. Yeniyetmələr arasında aldatma, dərsdən yayınma, oğurluq, vandalizm və maddə istifadəsi kimi davranışlara da hava kirliliğinin təsir etdiyi müəyyən edilib.

İlahin

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »