Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanı bürüyən "tənhalıq epidemiyası"ndan necə qorunmalı?
Dünyanı bürüyən "tənhalıq epidemiyası"ndan necə qorunmalı?

Bütün dünyanı bürümüş “tənhalıq epidemiyası”ndan xüsusilə qadınlar təsirlənir.

Mütəxəssislərin fikrincə, qadınlar psixoloqlara müraciət edərkən uşaqlıqda analarının sevgisini hiss etmədiklərini və buna görə də münasibətləri düzgün qura bilmədikləri ilə izah edirlər.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Milli Tədqiqat Universitetinin İqtisadiyyat Ali Məktəbinin araşdırmasına görə, 2019-cu ilə qədər hər on qadından biri tənhadır.

Onların böyük əksəriyyəti üçün tənhalıq məcburi bir seçimdir. Amerika Brigham Young Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, tənhalıq erkən ölüm riskini təxminən 32 faiz artırır.

Mütəxəssislər hesab edirlər ki, əksər hallarda qadınlar şüurlu şəkildə belə bir həyat tərzi seçdikləri üçün tənha olurlar. Səbəb isə qəbul etmək və qayğı göstərə bilməməkdir.

Psixoloq Rəvanə Quliyevanın fikrincə,ailədə valideynlərindən dəstək görə bilməyən qızlar sonradan insnalarla münasibət qurmaqda çətinlik çəkirlər.

“Çox vaxt qadının tənhalığının səbəbi valideynlərinin və ilk növbədə anasının həddindən artıq qoruyucu münasibəti ilə bağlı olur. Nəticədə qadın münasibətlər qurmaqda çətinliklər yaşayır.

Həddindən artıq qorunma, eləcə də ailədə sevginin olmaması valideynlərin ilkin olaraq övladları ilə düzgün ünsiyyət qurmamasından xəbər verir. Belə tərbiyənin nəticəsi olaraq uşaq müstəqil şəkildə münasibətlər qurmağı, sevgi göstərməyi, flört və görüşməyi qəbul etməyi bilmir”,- deyə psixoloq qeyd edib.

Qızını incitməmək üçün ana özünü necə aparmalıdır?

Psixoloqun fikrincə, qıza uşaqlıqda seçim azadlığı verilməlidir. Heç bir halda ana dostlarını və ya bir gənci qınamamalı, ultimatumlar verməməli, onu sevmədiyi insanlarla ünsiyyəti dayandırmağa məcbur etməməlidir.

Belə olan halda qadınlararasında epidemiya kimi yayılmış tənhalığın bəlkə qarşısını almaq olar.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »