Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Səudiyyə Ərəbistanına səfərini elan edib və bunu Ukraynadakı vəziyyətlə əlaqələndirib
Bayden Səudiyyə Ərəbistanına səfərini elan edib və bunu Ukraynadakı vəziyyətlə əlaqələndirib

ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanına səfər edəcəyini açıqlayıb. O, xüsusən də səfərini Ukraynadakı vəziyyətlə əlaqələndirib.

APA xəbər verir ki, bu barədə Baydenin “The Washington Post“ qəzetində dərc olunan “Mən Səudiyyə Ərəbistanına niyə gedirəm” adlı məqaləsində deyilir.

ABŞ prezidenti bu barədə belə yazıb: "Mən gələn həftə Yaxın Şərqə gedəcəyəm ki, orada Amerikanın iştirakının yeni və daha perspektivli fəslinə başlansın. Bu səfər region üçün həyati bir vaxta təsadüf edir və Amerikanın mühüm maraqlarını təmin edəcək".

Baydenin sözlərinə görə, ABŞ bir çox cəhətdən “təhlükəsiz və inteqrasiya olunmuş” Yaxın Şərqə ehtiyac duyur. O izah edib ki, Səudiyyə Ərəbistanının su yolları qlobal ticarət və təchizat zəncirləri üçün vacibdir.

"Onun enerji resursları Rusiyanın Ukraynadakı müharibəsinin qlobal tədarüklərə təsirini yumşaltmaq üçün həyati əhəmiyyət kəsb edir. Və münaqişə nəticəsində dağılmaqdansa, diplomatiya və əməkdaşlıq yolu ilə bir araya gələn regionun vətənimizi təhdid edən zorakı ekstremizm və ya ABŞ ordusu və onların ailələri üzərinə yeni yüklər qoya biləcək yeni müharibələr törətmək ehtimalı azdır”, - deyə Bayden əlavə edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »