Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV: "Aİ Rusiyaya qarşı daha sərt sanksiyalar üzərində işləyir"
KİV: "Aİ Rusiyaya qarşı daha sərt sanksiyalar üzərində işləyir"

Avropa İttifaqı Kremlə iqtisadi təzyiqləri artırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin yazdığına görə, sanksiyalar Rusiya iqtisadiyyatına, maliyyə sektoruna, hərbi və siyasi elitasına zərbə vurmaq, ölkənin pul və aktivlərini Aİ blokunda qapalı saxlamaq, Moskva ilə ticarət və maliyyə əlaqələrini kəskin şəkildə məhdudlaşdırmaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, Avropa İttifaqı ölkələri tətbiq edilən sanskiyalar nəticəsində Rusiya vətəndaşlarına məxsus 14 milyard avroya yaxın aktivləri dondurub.

Aİ müttəfiqləri ilə birlikdə sanksiyalara məruz qalan şəxslərin aktivlərinin daha effektiv şəkildə tapılması yollarını tapmağa çalışır. Həmçinin, bir sıra ölkələr bu dondurulmuş aktivlərin idarə olunması xərclərinin öhdəsindən gəlməyin yollarını axtarır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »