Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada bikini qadağası, Fransada hicablı çimərlik paltarı...
İtaliyada bikini qadağası, Fransada hicablı çimərlik paltarı...

İtaliyanın Sorrento kurortu bikinini qadağan edib. Sorrento meri Massimo Koppola deyib ki, çılpaq dəri yerli sakinləri narahat edir.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,  insanların qaydalara əməl etmələrini təmin etmək üçün küçələrdə polis əməkdaşları mütəmadi olaraq nəzarət edəcək.

Pompey və Neapol yaxınlığındakı sahil şəhərinin meri bu yaxınlarda insanların əxlaqsız davranışların şahidi olduğunu deyib. “Bu vəziyyətin davam etməsi rayonumuzun imici və turizmi üçün həyat keyfiyyəti ilə bağlı mənfi mülahizələrə səbəb ola bilər. Yerli sakinlər və qonaqlar arasında narahatlıq və narazılıq yarada bilər”,- deyə mer bildirib.

Onun sözlərinə görə,  qaydanın tətbiq edilməsi üçün Sorrento polis məmurları insanların üst geyim olmadan və sadəcə, üzgüçülük şortu və ya bikinidə gəzmədiyinə əmin olmaq üçün küçələrdə patrul da aparacaqlar. Qaydaya əməl edilməməsi halında 500 avro - təxminən 900 manat cərimə tətbiq olunacaq.

Kalabriyadakı “Praia a Mare” kimi sahil boyunca yerləşən digər məntəqələrdə ayaqyalın gəzməyə və uyğun olmayan geyimlərə bənzər qadağalar tətbiq edilib. Liguriyadakı Rapalloda da ziyarətçilərə geyim kodeksinə riayət etməyi xatırladan küçə lövhələri vurulub.

Xatırladaq ki, bir müddət əvvəl Fransada hicablı çimərlik geyimləri qadağan edilib. Qrenobl meri qadınların küçədə olduğu kimi hovuzlarda da istədiklərini geyinmələrini və dini inanclarını ifadə etmələrini müdafiə edib.

Hicablı çimərlik geyiminin əleyhinə olanlar isə,  o cümlədən həddindən artıq sağ və solçu yerli məmurlar, belə çimərlik geyimlərinin qadınlara zülm və islam radikalizminə potensial bir qapı olduğunu müdafiə ediblər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »