Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
97 il əvvəl itən gəmi: Bermud üçbucağı, yadplanetlilər, yoxsa qəza...
97 il əvvəl itən gəmi: Bermud üçbucağı, yadplanetlilər, yoxsa qəza...

Bermud üçbucağı haqqında yəqin ki, eşitmisiniz. Atlantik okeanında çox sayda gəmi və təyyarənin itdiyi ərazidir Bermud üçbucağı.

Bizimyol.info xəbər verir ki, Bermud üçbucağında itən gəmilərdən biri də “SS Cotopaxi”-dir. Bermud üçbucağında itən "SS Cotopaxi" niyə tapılmır? Bermud üçbucağında ən məşhur itkinlərdən biri olan bu gəmi 29 noyabr 1925-ci ildə yoxa çıxıb.

ABŞ-ın Cənubi Karolina limanından Kubanın paytaxtı Havanaya üzən “SS Cotopaxi” gəmisi illər əvvəl 30 ekipaj üzvü ilə Bermud üçbucağında itib. Gəminin tropik fırtına nəticəsində itdiyi güman edilirdi. Ancaq illər sonra gəminin yoxa çıxması ilə bağlı çoxsaylı qəsd nəzəriyyələri ortaya çıxdı. Bu iddialardan ən məşhuru gəminin Şimali Atlantik Okeanına gedən yolda görünməsi olub. Lakin bu iddianın doğru olmadığı sübuta yetirilib.

“The Online Newsfeed” adlı internet saytında gəminin Kuba Sahil Mühafizəsi tərəfindən saxlanıldığı yazılıb. Saytdakı məqalədə bildirilir ki, "SS Cotopaxi" ilk dəfə 2016-cı ilin mayında, sonra isə 2016-cı ilin iyununda Kuba Sahil Mühafizəsi tərəfindən görülüb.

Daha sonra Kubaya aid 3 patrul gəmisinin “SS Cotopaxi”-yə çatdığı, ancaq göyərtəsində heç kimin olmadığı bildirilib. Gəmidə araşdırma aparan Kuba Sahil Mühafizəsi kapitanın jurnalını tapıb. Dəftərdəki sonuncu qeyd 1925-ci il dekabrın 1-də yazılmışdı.

Məqalədə kubalı general Abelardo Kolomenin Kuba hökumətinin gəminin sirrini araşdıracağına dair sözləri yer alırdı.

Onlar yadplanetlilərdir….

Sərhədləri Florida, Porto Riko və Bermud adaları olan Bermud üçbucağı haqqında çox qəsd nəzəriyyələri mövcuddur. Bu nəzəriyyələrdən ən məşhuru yadplanetlilər və UFO-lardır.

Əslində isə Bermud üçbucağında dünyanın hər hansı digər hissəsindən daha çox təyyarə və gəminin itdiyinə dair qəti sübut yoxdur. Bəzi alimlər Bermud üçbucağının əslində fantastika və populyar mədəniyyətin məhsulu olduğunu deyirlər.

"SS Cotopaxi" gəmisinin də zədə alaraq batmasına dair müəyyən faktlar var. Sadəcə, gəmi tapılmadığına görə haqqında əfsanələr danışılıb. Və hətta 1977-ci ildə bu barədə film də çəkilib. "Üçüncü növlə yaxın təmas" adlanan filmin süjetinə əsasən, gəmi Bermud üçbucağında yoxa çıxır və yadplanetlilərin müdaxiləsi ilə Gobi səhrasına aparılır...

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »