Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün hansı vaxtında idman etməli? - Araşdırma təəccüblü nəticələr verib
Günün hansı vaxtında idman etməli? - Araşdırma təəccüblü nəticələr verib

ABŞ-da aparılan yeni araşdırma təəccüblü nəticələr verib. İdmanla məşğul olmağın müddəti ilə yanaşı, məşq zamanının da çox təsirli olduğunu göstərən bu araşdırma, qadın və kişilər üçün  fərqli nəticə verib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, müntəzəm məşq etməklə təkcə çəkiyə nəzarət edilmir, eyni zamanda parlaq dəri, düzgün duruş, bədən müqaviməti də artırılır. Mütəxəssislərin fikrincə, idmanın növü və intensivliyi qədər məşq vaxtı da önəmlidir. Gündəlik həyatında nizamlı olaraq, idman etmək istəyən bir çox insan nə vaxt idman etməli olduğuna qərar verə bilmir. Ümumiyyətlə, hər kəs öz cədvəlinə uyğun vaxt təyin edir və bu rejimdə davam edir.

Amerikanın Skidmore Kollecinin mütəxəssisləri tərəfindən aparılan araşdırmada 25-55 yaş arası aktiv və sağlam 27 qadın və 20 kişinin 12 həftə ərzində İdman məlumatları dəyərləndirilib. Təcrübə zamanı bir qrup səhər saat 08.30-a qədər bir saat, digər qrup isə saat 18.00-19.00 arasında məşq edib.

Bu dövrdə gərmə hərəkətləri, qısa məsafələrə qaçış, dözümlülük və güc məşqləri də qeydə alınıb. Təcrübə zamanı bütün iştirakçıların bədən yağ nisbətləri və qan təzyiqi müntəzəm olaraq ölçülüb. Bununla yanaşı, hər kəs üçün xüsusi hazırlanmış Pəhriz Proqramı həyata keçirilib.

12 həftənin sonunda qadınların səhər, kişilərin isə axşam məşq edərkən daha çox piy itirdikləri ortaya çıxıb. Araşdırma müəllifləri qeyd edib ki,  xüsusilə bel və qarın piylərindən xilas olmaq, təzyiqini salmaq istəyən xanımlar səhər idman etməyi hədəfləməlidirlər. Bu çox önəmlidir.  Çünki qarın və bel ətrafındakı piylər daxili orqanları, o cümlədən qaraciyəri əhatə edir və buna görə də təhlükəlidir.

Ürək sağlamlığını və maddələr mübadiləsini yaxşılaşdırmaq və əhval-ruhiyyəni yüksəltmək istəyən kişilər üçün idman etmək üçün ideal vaxt axşamdır. Çünki daha sağlam metabolizm həm də piylənmə, 2-ci tip diabet, ürək xəstəlikləri və insult riskini azaltmaq deməkdir.

Səhər və axşam saatlarında edilən məşqlərin həm kişilərdə, həm də qadınlarda müsbət nəticələnəcəyi bildirilib. Məlum olub ki, qadınlarda səhər idmanı bədən və qarın yağını azaltmaqda, təzyiqi salmaqda daha təsirli olur. Kişilərdə isə səhər və ya axşam məşq etmək arasında ciddi fərq olmasa da, axşam saatlarında yandırılan yağ nisbəti yüksəkdir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »