Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa Belarus sərhədində divarın tikintisini başa çatdırır
Polşa Belarus sərhədində divarın tikintisini başa çatdırır

İyulun 15-dək Polşa və Belarus sərhədində divarın tikintisi tam başa çatacaq.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Polşa parlamentində Daxili İşlər Nazirliyi və ölkənin sərhəd xidməti məlumat yayıb.

Daxili işlər nazirinin müavini Macey Vonşik və Polşa Sərhəd Xidmətinin rəis müavini Violeta Qojkovska parlamentarilərə bildiriblər ki, müəyyən problemlərə görə, tikinti müddəti uzadılıb, lakin tikinti işləri iyulun 15-dək başa çatdırılacaq.

Hündürlüyü 5 metr olan 300 kilometrlik divardan 7 kilometrinin tamamlanması qalıb. Daha sonra sentyabr ayının ortalarına kimi hasarın üzərində elektron müşahidə sistemləri quraşdırılacaq.

Qqeyd edək ki, layihənin ümumi dəyəri 1,6 milyard zloti - təxminən 400 milyon dollardır.

Polşa sərhəd xidmətinin məlumatına görə, ilin əvvəlindən 6 minə yaxın miqrant Belarusla sərhədi qanunsuz keçməyə cəhd edib.

Xatırladaq ki, 2021-ci ilin yayının əvvəlindən Lukaşenko rejimi Yaxın Şərqdən qanunsuz miqrantları Litva, Latviya və Polşa sərhədlərinə çatdırır. Hər üç ölkə fövqəladə vəziyyət elan edib. Polşanın müdafiə naziri Mariuz Blazzak miqrasiya böhranını “Lukaşenka ilə Kreml arasında çirkli oyun” adlandırıb.

Qeyd edək ki, iyulun 7-də Finlandiya parlamenti lazım gələrsə, Rusiya ilə 1300 kilometrlik sərhəddə qoruyucu maneələrin quraşdırılmasına icazə verən qanun qəbul edib.

Qanuna edilən dəyişikliklər maneələrin yaradılması ilə yanaşı, siyasi sığınacaq üçün müraciətin yalnız müəyyən giriş nöqtələrində mümkün olacağını təklif edir. Hazırda isə, indi miqrantlar bunu Avropa İttifaqının istənilən keçid məntəqəsində edə bilərlər.

Qanun həm də yeni yolların tikintisinə icazə verir ki, bu yolların köməyi ilə sərhədçilər sərhəddə daha effektiv nəzarət edə biləcəklər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »