Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən varlı adamı fikrini dəyişdi: "Twitter"i almaq istəmir
Dünyanın ən varlı adamı fikrini dəyişdi: "Twitter"i almaq istəmir

Milyarder İlon Mask “Twitter” sosial şəbəkəsini almaq müqaviləsini ləğv etmək qərarına gəlib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Amerikanın CNBC nəşri xəbər verir. Xəbər Maskın vəkilinin “Twitter”-in baş hüquq müdirinə göndərdiyi məktuba istinad edir.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına göndərilən məktubda “Skadden Arps”-ın vəkili Mike Ringler, qeyd edib ki, " “Twitter” müqavilə öhdəliklərini yerinə yetirə bilməyib”.

Vəkilin sözlərinə görə, “Twitter” Maska onun təəb etdiyi bütün məlumatları təqdim etməyib. Qeyd edək ki, Mask bir müddət əvvəl sosial şəbəkənin saxta hesabların sayı ilə bağlı iddialarını sövdələşmədən əvvəl yoxlamaq istədiyini bildirib.

Xatırladaq ki, aprelin 24-də “Twitter” İlon Maskın “Twitter”-i 44 milyard dollara almaq təklifini qəbul edib. Mask “Twitter”-i satın almaq üçün 33,5 milyard dollar vəd edib.

Bu isə “Tesla Inc” səhmlərinin bir hissəsinə qarşı 21 milyard dollar kapital və 12,5 milyard dollar marja krediti daxildir. Digər 13 milyard dolları isə “Twitter”-in özünü girov qoymaqla banklarla təmin etməyə razılaşıb.

Qeyd edək ki, mayın 13-də Mask spam hesablarının sayının hesablanmasını gözləyərkən müqavilənin dayandırıldığını elan edib.

İlon Mask “Twitter”-i satın aldıqdan dərhal sonra hədəflərinin qısa siyahısını açıqlamışdı.

Maskın siyahısına yeni funksiyalar əlavə etmək, həmçinin açıq alqoritmlərin tətbiqi, spam-botların məhv edilməsi və bütün istifadəçilərin autentifikasiyası ilə Twitter-i daha da yaxşılaşdırmaq istəyi və s. daxildir.

Hazırda Mask dünyanın ən varlı adamıdır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »