Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban əti necə saxlanmalı, bişirilməli və yeyilməlidir - Mütəxəssisdən açıqlama
Qurban əti necə saxlanmalı, bişirilməli və yeyilməlidir - Mütəxəssisdən açıqlama

Qurban bayramında çox ət yemək sağlamlıq üçün müəyyən problemlərə səbəb ola bilər. Qoyun ətinin çox istehlak edilməsi həzm problemlərinə, təzyiqə və s. yol aça bilər.

Qurban əti kəsildikdən sonra ən azı 12 saat saxlanılmalı və sonra isehlak edilməlidir.

Dietoloq Aynurə Məmmədova Bizimyol.info xəbər protalına açıqlamasında bildirib ki, bayram səhəri ilıq su və yüngül bir səhər yeməyi ilə günə başlamaq önəmlidir.

“Ət həzm edilməsi çətin qida olduğu üçün səhər yeməyində ət yemək, həzm sisteminə zərər verir, həzm sistemi və bağırsaq problemlərinə yol acır. Qırmızı ət yüksək səviyyədə doymuş yağa malikdir. Ətin üzərində olan ağ yağ qatı təmizlənərək istehlak edilməlidir. Ət bu yağlardan təmizlənməyərək yeyildiyi zaman ürək və damar yağlarının artmasına və xəstəliklərin yaranmasına səbəb olur. Bu səbbədən də ürək-damar və yüksək təzyiq xəstələri qoyun əti yedikləri zaman daha diqqətli olmalıdırlar. Ətli yeməklərə həddən artıq ədviyyatın da vurulması tövsiyə edilmir”,- deyə o əlavə edib.

Ekspert bildirir ki, qırmızı ət proteinlə zəngin olduğu üçün çox tez keyfiyyətini itirir. Buna görə də əti uzun müddət saxlayarkən saxlanma şəraitinə diqqət etmək vacibdir.

Belə ki, ət soyuducunun buzluq hissəsində -30 C dərəcədə ən çox 3 ay, soyuduca isə -4 C-də 1 həftə saxlanıla bilər. “Əti kiçik parçalara bölüb, yağlı kağız və ya soyuducu paketinə qoyaraq, buzluq hissəsində saxlamaq və istifadə etdikcə çıxarmaq lazımdır. Buzluq hissədən çıxarılıb, donu açılan ət yenidən dondurulmamalıdır.

Qurban ətinin bişirilmə üsulu da ətin keyfiyyətinə birbaşa təsir edir”,- deyən dietoloq bildirir ki, Qurban bayramında ət istehlakı ilə birlikdə tərəvəz istehlakı azalır. Amma ətin tərkibində olan protein və dəmirdən faydalana bilmək üçün yanında mütləq tərəvəz və göyərti olmalıdır.

“Qurban əti ilə içdiyiniz içkilərə də önəm verməlisiniz. Mədəni yormamaq, mədəyə ağırlıq salmamaq üçün turşu tərkibli içkilərdən uzaq olmaq lazımdır. Bayramlarda şirniyyata da çox üstünlük verilir. Bunun əvəzinə quru meyvə, şərbətli şirniyyatların əvəzinə isə, südlü şirniyyatlar yemək laızmdır”,- deyə dietoloq qeyd edib.

Onun sözlərinə görə, Qurban əti həzm prosesini çətinləşdirdiyi üçün mədəsi ilə bağlı problem yaşayanlar, təzyiq, kökəlmə, ürək-damar xəstəlikləri və bənzər xəstəlikıərdən əziyyət çəkən orta yaşlı və ya yaşlı qrupun nümayəndələri daha diqqətli olmalıdır.

Mütəxəssis bildirir ki, sağlam insanlar həftədə 3-4 dəfə ət yeyə bilər, xroniki xəstəliyi olan insanlar isə 2 dəfə yeməlidir.

Qurban bayramında həzmsizlik, qəbizlik, mədə ağrısı, ürək döyüntüsünün artması, yüksək təzyiq vəs. bu kimi hallarla qarşılaşma riski artır. Buna görə də bayramda az yemək tövsiyə edilir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »