Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurbanlıq heyvanı uşağın qarşısında kəsmək hansı problemlərə yol açır
Qurbanlıq heyvanı uşağın qarşısında kəsmək hansı problemlərə yol açır

Uşaqların psixologiyası həssasdır. Onlara az yaşlarından heyvanalara qarşı diqqətli olmaq, sevmək öyrədilməlidir.

Qurban bayramında uşaqların gözü qarşısında heyvan kəsimi həssas psixologiyaya sahib uşaqların psixologiyasına zərər verə bilər. Mütəxəssislərin fikrincə, uşaqların qarşısında heyvanlara zərər vermək, kəsmək, qanını axıtmaq və s. olmaz.

Psixoloq Rəvanə Quliyeva Bizimyol.info-ya açıqlamasında bildirib ki, 7 yaşına qədər olan uşaqlaırn qarşısında qurban kəsmək olmaz.

“Uşaqların xəyal gücü fərqlidir. Onalrda müəyyən bir yaşa qədər reallıqla xəyallar arasıdna incə həssasiyyət olur. Uşaq əgər qurban kəsimi zamanı orada olmaq istəmirsə, onu məcbur etməməlisiniz. Bəzən valideynlər heyvanı bir gün öncədən alır və uşağa onu kəsəcəklərini bildirirlər. Bəzi validyenlər isə uşağın əlinə bıçaq verib, “sən də kəsə bilərsən” deyirlər. Bunu etmək uşağa psixoloji zərər verə bilər. Onlarda qorxunun yaranması ilə nəticələnə bilər. Məhz elə bu səbəbdən ət yeməkdən imtina edən uşaqlar var.

Qurban kəsəcəyiniz heyvanı öncədən gətirmisinizsə, ona kəsəcəyinizi bildirməyin”-deyən psixoloqun fikrincə, uşağın gözü önündə qurban kəsilməsi bəzi psixoloji roblemlərə səbəb ola bilər. Belə ki, uşağın yaşadığı travmatik vəziyyət illər sonra onun davranışlarında üzə çıxa bilər.

“Uşaqlar 13-14 yaşına qədər qurban kəsiminə şahidlik etməməlidir. 7 yaşına qədər isə, ümumiyyətlə, olmaz. Xüsusilə 0-7 yaş arası uşaqlar qan, ağrı, atəş, öldürmə kimi aqressiya hisslərinin primitiv şəkildə ifadə edildiyi hadisələrədn uzaq tutulmalıdır.

Qurbanın kəsildiyi səhnə də bu hissləri yarada bilər. Böyüklərin baxışından fərqli olaraq, qurban səhnəsi uşaq tərəfindən öldürülən, qanı tökülən və zədələnən heyvan kimi qəbul edilir. Bu vəziyyət bəzi uşaqlarda zorakılıq davranışına səbəb ola bilər. Bu səbbədən də uşağa Qurban bayramının mahiyyəti başa salınmalıdır.

Uşaqlar eşitdikləri və gördükləri hadisələrin özlərinin və ya yaxınlarının başına gələ biləcəyini düşünərək narahatlıq yaşayırlar. Heyvanın qurban verildiyini görəndə uşaq özünün öldürülməsi ilə bağlı da düşüncələrə qapıla bilər”,- deyə psixoloq qeyd edib.

Mütəxəssis qeyd edir ki, əksər valideynlər “biz bunu görə-görə böyümüşük” deyə uşaqları da belə səhnələri görməyə məcbur edirlər. Bu isə, uşaq psixologiyasına valideyn tərəfindən vurulan zərbədir.

Bu kimi hadisələrə şahid olan uşaqlar sonradan aqressiv, davakar olmaqla yanaşı, zorakılığa da meylli olurlar. Məhz bu səbəbdən də, uşaqları bu kimi ayinlərdən uzaq tutmaq lazımdır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »