Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN Litva və Aİ-yə xəbərdarlıq edib
Rusiya XİN Litva və Aİ-yə xəbərdarlıq edib

Bəzi malların Kalininqrada və oradan tranziti bərpa olunmasa, Rusiya Litva və Avropa İttifaqına “sərt tədbirlər” tətbiq edəcək.

APA xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

“Əgər vəziyyət yaxın günlərdə sabitləşməsə, o zaman Rusiya Litva və Aİ-yə qarşı sərt tədbirlər görəcək. Məsələnin həlli çox uzun çəkdi", - deyə Zaxarova bildirib.

Qeyd edək ki, NATO-nun üzvü olan Litva Aİ-nin sanksiyalarına məruz qalan malların öz ərazisindən Baltikyanı eksklava və oradan tranzitinə qadağa qoyub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »