Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxtəlif ölkələrdən olan gənclər Sumqayıt teatrında tamaşa səhnələşdirəcək
Müxtəlif ölkələrdən olan gənclər Sumqayıt teatrında tamaşa səhnələşdirəcək

“Sağlam Düşüncə“ Gənclər Təşkilatının ev sahibliyi etdiyi  "Time to Act" (Ətraf mühit üçün hərəkətə keçmək vaxtıdır!) adlı #Erasmus+ Gənclər Mübadiləsi proqramının iştirakçıları tərəfindən 12 iyul saat 19:00-da Sumqayıt Dövlət Dram Teatrında ətraf mühitlə əlaqəli tamaşa səhnələşdiriləcək.

Müxtəlif ölkələrdən olan gənclər Sumqayıt teatrında tamaşa səhnələşdirəcək

3 iyul tarixindən start götürən proqramda Azərbaycan, Belçika, Gürcüstan, Türkiyə, Latviya, Portuqaliya, Rumıniya və Misirdən gələn gənclərin iştirakı ilə qlobal istiləşmə, iqlim dəyişikliyi, plastik çirklənmə kimi ekoloji problemlər müzakirə edilib. Eyni zamanda, iştirakçılar tərəfindən çimərlikdə yerli sakinlərin iştirakı ilə təmizlik işləri də aparılıb.

Müxtəlif ölkələrdən olan gənclər Sumqayıt teatrında tamaşa səhnələşdirəcək

Geniş miqyaslı ətraf mühit problemlərinin yaranmasından narahatlıq duyan iştirakçılar teatr və rəqs vasitəsilə diqqəti bu probemlərin həllinə yönəltməyə çalışacaq. Teatrı sevən və ətraf mühit ilə əlaqəli problemlərin həllində maraqlı olan hərkəs tamaşaya dəvətlidir.

Son xəbərlər
Bütün xəbərlər »