Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gender Hub Azerbaijan sosial platformasının “Gizli Hekayələr” layihəsinə start verildi
Gender Hub Azerbaijan sosial platformasının “Gizli Hekayələr” layihəsinə start verildi

Gender Hub Azerbaijan sosial platforması tərəfindən Cənub regionunda “Gizli Hekayələr” layihəsinə start verildi.

İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə və “FemACT” platformasının təşkilati dəstəyi ilə Gender Hub Azerbaijan sosial platforması tərəfindən Lənkəran şəhərində “Gizli Hekayələr” layihəsinin ilk mərhələsinə start verildi.

Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı şəhərləri daxil olmaqla Lənkəran iqtisadi rayonundan və Bakı şəhərindən seçilmiş 20 gəncin iştirak etdiyi layihənin ilkin mərhələsində gənclərin gender bərabərliyi, teatr, film yaradıcılığı və storitellinq potensialların gücləndirilməsi istiqamətində təlimlər keçirilib.

“'VARYOX'' platformasının təsisçisi Sitarə İbrahimbəylinin də iştirakı ilə Lənkəran şəhərində həyata keçirilən təlimlərdə gənclər sosial mövzular üzərində işləyən ekspertlər tərəfindən biliklərə yiyələnmiş və komanda halında birgə yaradıcılıq və əməkdaşlıq yolu ilə hazırlanmış ssenariləri forum teatr şəklində Lənkəran Dövlət Dram Teatrında nümayiş etdiriblər.

Gender Hub Azerbaijan sosial platformasının “Gizli Hekayələr” layihəsinə start verildi

Ümumilikdə üç mərhələdən ibarət olan layihənin əsas məqsədi kreativ gənclərin film yaradıcılığı mövzusunda bilik və bacarıqlarının genişləndirilməsinə dəstək olmaqla ölkədə sosial bərabərsizlik və gender-əsaslı zorakılıq  nəticəsində qadınların üzləşdiyi çətinlikləri qısametrajlı filmlər vasitəsilə təqdim edərək gender bərabərsizliyinə təsir etməkdir. Layihənin hədəflərinə daxildir:

  • Azərbaycanda gender-əsaslı bərabərsizliyin bütün formalarını aradan qaldırmaq istiqamətində kreativ həll yolları tapmaqla incəsənəti gender bərabərliyi ilə əlaqələndirmək;
  • Gənclərin ideyalarını bədii fəaliyyət vasitəsilə ifadə etməyə təşviq etməklə onların konstruktiv və innovativ düşünmə bacarıqlarını inkişaf etdirmək;
  • Cəmiyyət daxilində gender bərabərliyinin vacibliyi barədə maarifləndirmə işlərini aparmaq və gəncləri gender-əsaslı mövzularda aktiv iştiraka cəlb etmək.

Qeyd edək ki, layihənin növbəti mərhələsində iştirakçılar kiçik komandalara bölünərək öz hekayə və filmlərini hazırlayacaq və sonuncu mərhələdə isə onları Bakıda nümayiş etdirəcəklər.

Son xəbərlər
Bütün xəbərlər »