Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveç və Finlandiya Almaniyadan da səs aldı
İsveç və Finlandiya Almaniyadan da səs aldı

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü prosesi davam edir. Almaniya da iki ölkəyə “hə” deyərək NATO-ya qoşulmasını təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, Kanada, Polşa və Albaniyadan sonra Almaniya Bundestaqı İsveç və Finlandiyanın NATO-da iştirakına razılığını ifadə edib.

Finlandiya Xarici İşlər Nazirliyi həm Almaniyanın, həm də Polşanın təsdiqləməsi xəbərini alman və polyak dillərində təşəkkürlə elan edib.

Qeyd edək ki, hələlik Türkiyə bu iki ölkənin üzvlüyünə razılığını son olaraq verməyib. Hər iki ölkə Türkiyəyə qarşı terrora dəstək verməsi ilə tanınır. Son olaraq bu iki ölkə Türkiyəyə müəyyən vədlər veriblər. Əgər vədlərinə əməl etməsələr, NATO-ya üzv ola bilməyəcəklər.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »