Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus xalqı Rusiyadan üz döndərməyə başlayıb
Belarus xalqı Rusiyadan üz döndərməyə başlayıb

Aleksandr Lukaşenko Belarusda rəhbərlik müddətini davam etdirsə də, ölkədə böyük əksəriyyətin ona rəğbət bəsləmədiyi sirr deyil. 2020-ci il prezident seçkilərindən sonra irimiqyaslı etiraz aksiyaları, ardınca rəsmi açıqlamalarla razılaşmayanlara qarşı amansız münasibət gerçək mənzərəni ortaya qoymuşdu. Lukaşenko Belarusda hakimiyyəti güc yolu ilə qoruyur. Əhalinin böyük hissəsi onun ölkəyə rəhbərlik etməsini istəmir.

Bizimyol.info xəbər verir ki, Belarus vətəndaşları Lukaşenkonun Kremllə müttəfiqliyinə də yaxşı baxmır. Sosioloji sorğular da bunu deyir. “Chatham House”-un təşəbbüsü belorusların Rusiyanı daha az dəstəkləməyə başladığını ortaya qoyub.

Təşkilatın Belarus ofisinin rəhbəri Qriqori Astapenya deyir ki, getdikcə dəstək faizi aşağı düşür. 804 nəfərlə onlayn müsahibə formatında müzakirə aparılıb. Astapenya hətta bu sorğunun da gerçəkliyi tam əks etdirə bilməməsini vurğulayır.

“Çünki respondentlərdə qorxu hiss olunur. Onlar fikrini açıq deməyə çətinlik çəkir. Müsbət danışmağa çalışanların, əslində, belə düşünmədiyi sezilir”.

Narahatlığa baxmayaraq, fikri soruşulanların 43 faizi Rusiyanın Ukrayna ilə müharibəyə başlamasına müsbət yanaşmadığını dilə gətirib. Kremlin davranışını danışanların 23 faizi dəstəkləyib. Təxminən bu qədər respondent fikir bildirməyə çətinlik çəkib.

Astapenya əlavə edir ki, Rusiyanın Ukraynanı işğal etməsinə çalışmasını deyənlər daha qətiyyətli mövqe ortaya qoyub. Lukaşenkonu müdafiə edənlər isə fikrini yaxşı izah etməməklə, tərəddüdlə fərqlənib.

“Onlar izah edə bilmir ki, müharibə nəyə lazımdır. Niyə dəstəklədiklərini də deyə bilmirlər”.

Astapenyanın sözlərinə görə, Rusiyanı dəstəkləyənlərin payı ilin əvvəli ilə müqayisədə azı 5 faiz azalıb. Beloruslar başqa məsələlərdə də həm rəsmi Minskin, həm də Moskvanın yanında olmadıqlarını göstəriblər. Respondentlərin böyük hissəsi Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yer almasının əleyhinədir.

Ümumilikdə beloruslar başqa ölkələr haqqında sərt fikirlər deməkdən çəkinir. Buna baxmayaraq, Ukraynadakı sorğular başqa şey deyir. Ukraynalılar baş verənlərə görə Belarus vətəndaşlarını da qınayır. Çünki Kiyev vilayətinə hücum məhz bu ölkənin ərazisindən olmuşdu. Ukraynalılar Lukaşenko rejiminə belə imkan yaradılmamalı olduğuna inanır.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »