Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml Consonun istefasına sevinib: “Ondan xoşumuz gəlmirdi”
Kreml Consonun istefasına sevinib: “Ondan xoşumuz gəlmirdi”

Rusiya administrasiyası Ukraynanın işğalında Kiyevə tam dəstək siyasəti yürüdən Böyük Britaniyanın baş naziri Boris Consonun istefasını alqışlayıb.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov sevincini gizlətməyib: “Onun bizdən həqiqətən də, xoşu gəlmirdi, bizim də ondan xoşumuz gəlmirdi”.

Dmitri Peskov, Sergey Lavrov, Vladimir Putin Dmitri Peskov, Sergey Lavrov, Vladimir Putin

Peskov həmçinin vurğulayıb ki, o, “dialoq yolu ilə qərar verən daha peşəkar insanların” Londonda vəzifə başına gələcəyinə ümid edir.

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Consonun "öz əlindən çıxan bumeranqla vurulduğunu" deyib.

Ukrayna isə fərqli mövqe sərgiləyib. Prezident Aparatı "ən çətin anlarda göstərdiyi dəstəyə" görə Consona təşəkkür edib.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, Ukrayna lideri Vladimir Zelenski istefasını elan etdikdən sonra Consona zəng edib və bu xəbərdən təəssüfləndiyini bildirib.

Vaşinqtonda prezident Co Bayden Böyük Britaniya və ABŞ arasındakı “xüsusi münasibətlərin” möhkəmliyini və davamlılığını yüksək qiymətləndirib. "Mən Böyük Britaniya hökuməti ilə sıx əməkdaşlığımızı davam etdirməyi səbrsizliklə gözləyirəm",- deyə Bayden bildirib.

Qeyd edək ki, Conson Rusiyaya qarşı sərt mövqe göstərirdi. Onun cəsarətli açıqlamaları və konkret addımları Rusiyanı çəkindirirdi. Məhz Consonun təşəbbüsü ilə İngiltərənin hərbi gəmisi Ukraynadan Gürcüstana səfər etmişdi. Rusiya həmin suları öz ərazisi elan etsə də, “bu sular Ukraynanındır” deyərək həmin sulardan keçərək öz gəmisini Gürcüstanın Batumi limanına göndərmişdi. Rusiyanın hərbi təyyarələri gəmi ətrafında uçuşsalar da, müdaxilə etməyə cəsarət göstərə bilməmişdilər.

Bundan başqa, məhz Coson Putinə güzəşt etməyin yolverilməz olduğunu hər zaman dilə gətirirdi. Hətta o, Kremli açıq şəkildə hədələmişdi. Condon demişdi ki, əgər Putin qadağan olunmuş silahlardan istifadə edərsə, İngiltərə müttəfiqlərlə məsləhətləşmədən birbaşa Rusiyaya hərbi zərbələr endirəcək.

Conson müharibənin gedişində Rusiyanın açıq şəkildə çəkindiyi siyasət adamlarından biri idi. Bununla belə, onu əvəz etməyə yaxın olan hə ii namizəd – Ben Uolles və Liz Truss da Rusiyaya qarşı sərt mövqeləri ilə tanınırlar.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »