Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Böyük Türkiyənin quruculuğunda fasiləyə yol verməyəcəyik"
Ərdoğan: "Böyük Türkiyənin quruculuğunda fasiləyə yol verməyəcəyik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə videomüraciət paylaşıb.

"Türkiyənin 2023-cü il hədəflərinə çatması gənclərimizin ən qiymətli 2053-cü il vizyonuna doğru qətiyyətlə addımlamasını təmin edəcək. Böyük və qüdrətli Türkiyənin quruculuğunda heç bir fasiləyə və geriləməyə imkan verməyəcəyik",- deyə qardaş ölkənin dövlət başçısı bəyan edib.

Bizimyol.info xəbər verir ki, Ərdoğan vətəndaşları bayram münasibətilə təbrik edərək “ölkə və millət olaraq tariximiz boyu müxtəlif oyunlara şahid olmuşuq. İnşallah, bu dəfə həm tarixdən çıxardığımız dərslər, həm də əldə etdiyimiz üstünlüklər sayəsində böyük və qüdrətli Türkiyənin quruculuğunda heç bir fasiləyə yol verməyəcəyik”,- deyə bildirib.

“Millətimizin və İslam dünyasının Qurban bayramını ürəkdən təbrik edirəm. Qurban bayramının ayrılmaz hissəsi olan Həcc ibadətinin vacibliyini yerinə yetirmək üçün müqəddəs torpaqlardakı vətəndaşlarımızın dualarının qəbul olmasını Allahdan diləyirəm. İbrahim peyğəmbərin və Həzrəti İsmayılın təslim olması ilə Rəbbimizə bəndəlik göstərən vətəndaşlarımın kəsdikləri qurbanların da qəbul olunacağını ümid edirəm”.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »