Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Səudiyyə şahzadəsi ilə görüşəcək
Bayden Səudiyyə şahzadəsi ilə görüşəcək

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına səfəri zamanı Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səudun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşəcəyini açıqlayıb.

ABŞ prezidenti Co Bayden iyulun 13-16-da İsrail, İordan çayının qərb sahili və Səudiyyə Ərəbistanına səfər edəcək. Səfərdən əvvəl jurnalistlərə açıqlama verən Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Baydenin Səudiyyə Ərəbistanına səfəri zamanı Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın da Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz Əl Səud ilə bir araya gələcəyini açıqlayıb.

Məhəmməd bin Salman

Kirbi Baydenin Səudiyyə Ərəbistanında qatılacağı Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) iclasında Yəməndə atəşkəs, insan haqları və enerji təhlükəsizliyini gündəmə gətirəcəyini bildirib.

Səudiyyəli jurnalist Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyü üçün Bayden Salmanla üz-üzə görüşdən imtina edirdi.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »