Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyada yeni hökumət başçısı kim olacaq: Mümkün variantlar...
Britaniyada yeni hökumət başçısı kim olacaq: Mümkün variantlar...

Böyük Britaniyada Boris Consonun istefasından sonra ortaya çıxan ən böyük sual yeni baş nazirin kim olacağıdır.

Bizimyol.info xəbər verir ki, xarici mediada bu vəzifəyə gələ biləcək adların siyahısı açıqlanıb.

Bu adlar siyahısında birinci yeri Ben Uolles tutur. O, Boris Conson hökuməti dövründə müdafiə naziri vəzifəsində çalışmış, xüsusilə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Britaniya siyasətində təsiri artan adlardan biridir. Ukraynanın silahlanmasında mühüm rol oynayan Uolles Consona sadiqliyi bilinsə də, partiya daxilində dəstəklənən bir addır. Uolles anketlərdə digər potensial namizədlərdən böyük fərqlə seçilir.

Ben Uolles Ben Uolles

İkinci ad isə Liz Trussdur. Keçən ilin sentyabrından Böyük Britaniyanın Xarici İşlər Naziri vəzifəsində çalışan Truss hökumətin "şahin" fiqurlarındandır və Ben Uolles kimi Ukrayna müharibəsindən sonra populyarlıq qazanıb. Tankın içindən verdiyi pozalarla İngiltərənin keçmiş baş naziri, Dəmir Ledi ləqəbli Marqaret Tetçerlə müqayisə edilən Truss qlobal böhran mühitində effektivliyi ilə önə çıxan namizədlərdən biridir.

Siyahıda qərarlaşan üçüncü ad isə Rişi Sunakdır. İstefa verən maliyyə naziri Rişi Sunak pandemiya dövründə verilən məclis qalmaqalları və arvadının adının vergi pozuntularına qarışması səbəbindən üstünlüyünü bir qədər itirmiş kimi görünür, baxmayaraq ki, o, əvvəllər təbii lider olaraq görülürdü. Sunakın adı pandemiya dövründə maliyyə yardımı paketləri ilə dövlət məsələlərinə ciddi yanaşması ilə seçilir.

Digər bir ad isə Dominik Raabdır. Keçən ilin sentyabr ayından Baş Nazirin müavini vəzifəsində çalışan Dominik Raab Consondan sonrakı dövr üçün başqa bir aparıcı fiqurdur. Qalmaqallar zamanı Consonu dəstəkləməsi ilə tanınan Raab həm təcrübəsi, həm də partiya daxilində aldığı dəstəyi ilə güclü namizədlər sırasındadır.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »