Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yerə ən yaxın ulduzlar ətrafında yaşayış imkanları öyrənilir
Yerə ən yaxın ulduzlar ətrafında yaşayış imkanları öyrənilir

NASA Yerə ən yaxın ulduzlar olan “Alpha Centauri” yaxınlığında yaşayış vəziyyətini qiymətləndirmək üçün iyul ayında Avstraliyadan iki tədqiqat raketi buraxır.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barərəd Space.com məlumat yayıb. Raketlət “Alpha Centauri” sisteminin ulduzlarından gələn ultrabənövşəyi şüalanmanın onların orbitində fırlanan planetlərdə potensial həyata təsirini qiymətləndirməlidir.

Tədqiqat həm də Günəşin “normal” ulduz olub-olmadığını öyrənməyə kömək edəcək.

Yerdən 4,3 işıq ili məsafəsində yerləşən “Alpha Centauri” iki əsas ulduzdan, “Alpha Centauri A” və “Alpha Centauri B”, həmçinin üçüncü ulduz P”roxima Centauridən” ibarətdir. “Alpha Centauri A” və ya “B” ətrafında heç bir planet hələ dəqiq müəyyən edilməsə də, bir cüt ulduzdan gələn ultrabənövşəyi şüalanma həyata əhəmiyyətli təsir göstərə bilər.

Xatırladaq ki, NASA iyulun 4-də Yer orbitini tərk edən “Capstone cubesat” ilə əlaqəni itirib. Peyk insanları 50 ildən sonra ilk dəfə Aya aparacaq “Artemida” missiyasını dəstəkləmək üçün Aya gedib.

“Capstone” Yer orbitindən çıxdıqdan az sonra Yerə siqnal göndərməyi dayandırıb. NASA-nın verdiyi məlumata görə, komanda “Capstone”-un trayektoriyası ilə bağlı etibarlı məlumata malikdir və mütəxəssislər onunla əlaqəni bərpa etməyə çalışırlar.

NASA “Artemidanın” köməyi ilə Ayın ətrafında orbitə Ayın ziyarətçiləri üçün daimi baza rolunu oynayacaq “Lunar Gateway” adlı kosmik stansiyanı işə salmağı planlaşdırır. Burada yaşayış yerləri və laboratoriya olacaq.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »