Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Burda da kəsib verə bilərik, bu halda kiloqramı 15-16 manata satılır"
"Burda da kəsib verə bilərik, bu halda kiloqramı 15-16 manata satılır"

İyulun 9-u və 10-u Azərbaycanda Qurban bayramı günlərində ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək. Bu qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 61-də həm kəsim, həm satış, 54-də qurbanlıq heyvanların satışı, 19-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək bu məntəqələrə müraciət edə bilərlər.

Bakıda bir çox qəsəbələrdə qoyun-quzu satışı hər zaman olub. Bu gün də bəzi yerlərdə heyvan satışı həyata keçirilir. Bizimyol.info xəbər verir ki, Bakının Bilgəh, Buzovna, Mərdəkan qəsəbələrində belə satış yerlərinə rast gəlmək olar. Qiymətlərə gəlikdə isə, bu il ötən illərlə müqayisədə qiymətlər bahalaşıb. Belə ki, satış zamanı diri çəkinin qiyməti 7-8 manat arasında dəyişir. Yəni alıcı alacağı 30 kiloqram olan heyvan üçün 210-240 manat ödəməli olacaq. Satıcı Əli dayının sözlərinə görə, 30 kiloqramlıq heyvan kəsildikdən sonra 14-15 kiloqam təmiz ət qalır.

“Alıcı istəsə, burda da kəsib verə bilərik. Bu zaman ətin kiloqramı 15-16 manata satılır. Amma əksər hallarda alıcı diri heyvan almağa üstünlük verir”,- deyə satıcı bildirib.

Qeyd edək ki, belə satış yerlərində ən ucuz quzu 200 manata satılır.

“Quzu doğulduqdan 4-5 ay sonra kəsilə bilər. Bu zaman artıq süddən kəsilmiş olur və ətinin dadı fərqli olur. Quzuların çəkisi 14-15 kq arasımda dəyişir. Ləzzət baxımından daha çox dişi quzunun əti ləzzətli olur. Buna səbəb yağ səviyyəsinin yüksək olmasıdır. Böyük quzular diri çəkisi 28-30, kəsimdən sonra 14-15 kq ət verən quzulardır. Quzunun ətinin dadı heyvanın yediyi yemdən, otdan çox asılıdır. Amma Qurban bayramında erkək heyvan kəsmək məsləhət görülür”,- deyə satıcı bildirib. Onun sözlərinə görə, qurban kəsilən heyvan eyni zamanda sağlam olmalıdır. Xəstə, arıq, yaşlanmış heyvan qurban kəsilməsi üçün ideal hesab edilmir.

“Qurban kəsilən heyvan sağlam olmalıdır. Düzdür, hamı bilir ki, bu ət Allah üçün deyil. Ancaq Allah yolunda kəsilən heyvan sağlam olmalıdır”,- deyə satıcı bildirib.

Qeyd edək ki, bir neçə il öncə gördüyünüz, əvvəl İqtisadiyyat Nazirliyinin, sonralar isə Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi qurbanlıqlar artıq olmayacaq. O dövrdə 90-95 manata satılan quzuların gətirilməsi dayandırılıb. İndi isə, bazarda bahalıq hökm sürür.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »