Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban ətini bişirərkən hansı səhvlərə yol veririk...
Qurban ətini bişirərkən hansı səhvlərə yol veririk...

Sabah Qurban bayramıdır. Bəzən qurbanlar kəsilən zaman ətin bişirilməsində müəyyən səhvlərə yol verilir. Kəsilən qurbanlar soyuduculara doldurulur.

Amma qurban ətinin israf edilməməsi üçün düzgün şəkildə kəsilməsinə, saxlanmasına və bişirilməsinə diqqət yetirilməlidir. Qurban əti bölünür, bəzi hissəsi paylanılır, bir hissəsi isə, soyuducuya qoyulub saxlanılır. Qurban ətinin uzun müddət keyfiyyətini itirmədən saxlanılması çox önəmlidir. Çünki ət düzgün şəraitdə saxlanılmayan zaman dadını, ləzzətini və keyfiyyətini itirir.

Unutmayın ki, təzə qurban ətini dərhal bişirmək olmaz. Mütəxəssislər ətin ən azı 12 saat soyuducuda saxlanmasının vacibliyini vurğulayırlar. Ət soyuducuda saxlanıldıqdan sonra onu otaq tempraturunda saxlayaraq, buzunu açmaq lazımdır. Çünki donmuş və soyuq halda bişməyə qoyduğun ət bərkiyib dadını itirə bilər.

Əgər bişirdiyiniz ətin yumşaq olmasını istəyirsinizsə, əvvəlcə onu basdırma etməlisiniz. Bunun üçün süd, zeytun yağı, kəklikotu və bənzər maddələrdən qarışıq hazırlanmalıdır. Belə qarışıqda saxlanılan ət bişdikdən sonra yumşaq olur.

Əgər əti qovurmağa hazırlaşırsınızsa, yüksək istiliyə üstünlük verməlisiniz. Az odda qovurmaq ətin sulu olmasına səbəb olur. Ətin öz suyunda və yağında bişirilməsi düzgün seçimdir.

Kabab hazırladığınız zaman isə daha zəif istiliyə üstünlük verilməlidir. Çünki manqalda ət və od bir-birinə çox yaxın olduqda, bu da kanserogen maddələrin yaranmasına səbəb ola bilər. Bu zaman ət yaxşı bişmir və protein itkisi baş verir.

Duz, istiot kimi ədviyyatları ən son mərhələdə əlavə etməli, bir az da bişdikdən sonra ocağı söndürməlisiniz. Çünki ilk mərhələdə ədviyyatların əlavə edilməsi ətin dadını və rəngini dəyişəcək, duz isə ətin sərtləşməsinə səbəb olacaq.

Qızartma bişirərkən, ən yaxşı bişirmə üsulu qızartmanı öz yağında bişirməkdir. Qovurarkən ən azı ilk on dəqiqə öz yağında bişirin, sonra istəsəniz, başqa yağlar da əlavə edə bilərsiniz.

Əti qızardarkən və ya kabab bişirərəkən əti çevirmək üçün çəngəldən istifadə etməyin. Çəngəl əti deşir, bu zaman ət öz suyunu buraxır. Bu isə, ətin qida dəyərini və dadını itirməsi deməkdir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »