Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyanı şoka salan hadisə: Şinzo Abe çıxış edərkən güllələndi - Video
Yaponiyanı şoka salan hadisə: Şinzo Abe çıxış edərkən güllələndi - Video

Yaponiyanın keçmiş baş naziri Şinzo Abe ölkənin qərbində yerləşən Nara şəhərində çıxış edərkən güllə ilə sui-qəsdə məruz qalıb.

Bizimyol.info xəbər verir ki, sinəsindən güllə yarası alan və xəstəxanaya çatdırılan sabiq baş nazirin vəziyyətinin ağır olduğu bildirilir. Digər tərəfdən hücumu həyata keçirən şəxs artıq həbs edilib. Hücum edənin keçmiş hərbçi, 41 yaşlı Tetsuya Yamaqami olduğu müəyyən edilib.

Yaponiyanın baş naziri Fumio Kişida hücumu pisləyib vıə Abenin vəziyyətinin ağır olduğunu bildirib.

Fumio Kişida Fumio Kişida

67 Yaşlı Şinzo Abe bu gün səhər saatlarında Nara şəhərində bir tədbirdə çıxış edərkən sinəsindən güllə yarası alıb.

Şinzo Abe 2006-2007, sonradan yenidən 2012-2020-ci illərdə Yaponiyanın baş naziri olub. O, Yaponiya tarixində ən uzunmüddətli baş nazirdir.

P.S. Sonrakı saatlarda Şinzo Abe aldığı yaralardan vəfat edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »