Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Biz o əraziləri Rusiyaya verməyəcəyik"
"Biz o əraziləri Rusiyaya verməyəcəyik"

Ukraynalılar Rusiya ordusunun işğal etdiyi əraziləri Rusiyaya verməyəcək, bu ərazilər üçün mübarizə aparacaqlar.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə CNN-ə müsahibəsində prezident Vladimir Zelenski deyib. "Torpağımızın hər qarışı uğrunda mübarizə aparacağıq. Ola bilər ki, hər şeyi bir anda geri qaytarmayaq. Bəzi şeylər döyüş meydanına qayıdır - bunun üçün bizə texniki dəstək lazımdır. Texniki cəhətdən təmin olunanda ərazilərimizi işğaldan azad edəcəyik. Amma işğal olunmuş ərazilərin bir qismini diplomatiya yolu ilə qaytaracağıq. Diplomatik yol daha az qurban deməkdir”,- deyə Zelenski müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, Ukraynalılar öz ərazilərindən imtina etməyə və bu əraziləri Rusiya Federasiyasının yeni əraziləri kimi tanımağa razı deyil. “Bu, bizim torpağımızdır və onu geri alacağıq. Biz bunu həmişə deyirik və sübut etməyə hazırıq",- deyə prezident bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirmişdi ki, müharibədə dönüş nöqtəsi avqustda başlayacaq. Və bu müharibə Rusiya üçün fəlakətlə başa çatacaq.

“Avqust ayından başlayaraq müəyyən hadisələr baş verəcək. Mən artıq demişəm və bir daha təkrar edirəm, ilin sonuna kimi aktiv döyüşlər başa çatacaq. Yaxın gələcəkdə biz öz ərazilərimizə nəzarəti bərpa edəcəyik”,- deyə Budanov qeyd edib.

Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyakın fikrincə isə Rusiya Federasiyasının şərtləri qəbuledilməzdir və hazırda danışıqlar yalnız humanitar məsələlər və əsirlərin mübadiləsi üzrə aparılır.

Rusiyanın gözləntilərinə zidd olaraq, Ukraynanın işğalı qısa müddətdə baş tutmadı. Ardınca gələn sanksiyalar isə Rusiya iqtisadiyyatını sarsıtmaqda davam edir. Ölkədə bir çox istehsal sahələri dayanıb, yüz minlərlə iş yeri bağlanıb. Müharibə əleyhinə çıxışlara görə 15 il həbs cəzası nəzərdə tutulduğuna görə Rusiyada insanlar eturaz etməkdən qorxurlar.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »