Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya yeni hücum hazırlayır, Ukrayna mərhələli hücumları davam etdirir
Rusiya yeni hücum hazırlayır, Ukrayna mərhələli hücumları davam etdirir

"Rusiya Donetsk vilayətinin Seversk istiqamətində cəbhə xətti yaxınlığında hərbi texnika toplayıb. Yəqin ki, işğalçılar bu şəhəri növbəti taktiki hədəfə çevirərək hücuma keçməyə çalışacaqlar".

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər veeir ki, bu məlumatı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin kəşfiyyatçıları verib. Onlar bu barədə nazirliyin Tvitter səhifəsində məlumat verib.

Məlumatda bildirlir ki, işğalçı ölkənin ordusu öz texnikasını indiki cəbhə xəttindən təxminən 8 km qərbdə - Seversk yaxınlığında cəmləşdirir. Rusiya qüvvələri Donetsk vilayətində yeni hücum əməliyyatları başlamazdan əvvəl təchizatı dayandırıblar.

Britaniya kəşfiyyatı Rusiyanın ən yaxın əməliyyat hədəfi olan Slavyansk-Kramatorsk şəhər ərazisinə doğru irəliləməyə cəhd etdiyi üçün Rusiyanın bilavasitə taktiki hədəfinin Seversk olacağına dair real ehtimala toxunub.

Qeyd edilir ki, Ukrayna Silahlı Qüvvələri Xersonun cənub-qərb istiqamətində mərhələli hücumu davam etdirir. Xatırladaq ki, bir müddət əvvəl Müharibə Araşdırmaları İnstitutu məlumat vermişdi ki, Rusiya qoşunları İzyumun cənub-şərqindən Donetsk bölgəsinə doğru irəliləməyə davam edir və Slavyansk və ya Kramatorska qarşı hücum hazırlamaq üçün şərait yarada bilər.

Rusiya qoşunları Baxmutdan cənuba və şərqə, Lisiçanskın qərbinə də hücumlar edib və Seversk yaxınlığında kiçik uğurlar qazanıblar. Eyni zamanda, Rusiya ordusunun şəxsi heyətinin itkilərini kompensasiya etmək üçün Rusiya Federasiyasının regionlarında müvəqqəti könüllü dəstələr yaradılır.

Qeyd olunur ki, iyulun 7-də Rusiya qoşunları Xarkov və Donetsk vilayətlərinin sərhədi yaxınlığında Slavyansk istiqamətində hücum əməliyyatlarını davam etdirib. Ukrayna Baş Qərargahı işğalçıların şəhərdən təxminən 20 km şimal-qərbdə yerləşən Boqorodiçnıya uğursuz hücumu həyata keçirdiklərini vurğulayıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »