Ukraynanın İlan adası müharibənin ilk günlərindən diqqət mərkəzindədirı. Kritik mövqedə olan bu kiçik ada, Ukraynanın şiddətlə müdafiə etdiyi kiçik bir torpaq parçası olduğu halda Rusiyanın tutmaq istədiyi yerlərdən biridir. İlan adası bu dəfə iki ölkə arasında “bayraq savaşı” səbəbindən gündəmdədir...
Bizimyol.info xəbər verir ki, Rusiya İlan adasında bayraq asmağa çalışan ukraynalı əsgərləri öldürdüyünü iddia edib. Rusiya Müdafiə Nazirliyi bu yaxınlarda Ukrayna tərəfindən azad edilərək Rusiya ordusunun əılindən geri alınan İlan adasında Ukrayna bayrağını sancmaq istəyərkən ukraynalı əsgərlərin həlak olduğunu iddia edib.
Bu xəbər Rusiyanın gündəlik hərbi əməliyyatları ilə bağlı brifinq zamanı paylaşılıb. Xəbərdə deyilir ki, iyulun 7-nə keçən gecə Kiyev administrasiyası simvolik olaraq ölkənin bayrağını İlan adasına çatdırmağa və orada nümayiş etdirməyə çalışıb. Səhər saat 5 radələrində bir neçə ukraynalı əsgər motorlu qayıqla adaya çıxıb və bayraqla şəkil çəkdiriblər. Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi dərhal İlan adasına yüksək dəqiqlikli raketlərlə hücuma keçib, nəticədə Ukrayna hərbçilərinin bir hissəsi həlak olub.
Sağ qalan ukraynalı əsgərlər Odessa vilayətinin Primorskoye kəndi istiqamətində qaçıblar. Odessa rəsmiləri adanın vurulduğunu desələr də, iddialar müstəqil şəkildə təsdiqlənməyib.