Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boris Conson istefa verdi: Yeni hökumət başçısı kim olacaq?..
Boris Conson istefa verdi: Yeni hökumət başçısı kim olacaq?..

İngiltərədə səhiyyə naziri Sacid Cavid və maliyyə naziri Rişi Sunak istefa verdiklərini açıqladıqdan sonra başlayan böhran davam edir. Dünən istefa verən Sunakın yerinə təyin olunan Nadim Zahavi yazdığı məktubla ölkədəki böhranı daha da dərinləşdirib. Britaniya mediası Baş nazir Boris Consonun istefaya qərar verdiyini açıqlayıb. Bu gün kameralar qarşısında Conson partiyanın liderliyindən istefa verdiyini açıqlayıb. “Biz tezliklə yeni lideri seçəcəyik”,- deyə Conson bildirib. Conson yaxın vaxtlarda baş nazir postunu da yeni seçilmiş Mühafizəkarlar Partiyasının liderinə təhvil verəcək.

Bizimyol.info xəbər verir ki, İngiltərədə Səhiyyə Naziri Sacid Cavid Və Maliyyə Naziri Rişi Sunakın istefaya getdiklərini elan etdikdən sonra hökumətdə başlayan istefalar davam edir. Dünən Sunakın yerinə təyin olunan Nadhim Zahavi təşviş dolu məktub yazıb. Zəhavi bu vəzifəni “sadiqliyindən” qəbul etdiyini vurğulayıb və aşağıdakı ifadələri işlədib: “Baş nazir, nə etmək lazım olduğunu bilirsiniz. İndi getmək vaxtıdır”.

Conson açıqlamasında partiyanın yeni lideri seçilənə qədər vəzifəsində qalacağını vurğulayıb. Kabinetdə istefa zəlzələsi davam edərkən Conson öz istefasını gözlədiyinideyib.

Heç kimin vazkeçilməz olmadığını vurğulayan Conson İngiltərənin siyasi ənənəsini tərifləyib və onun yerini tutacaq namizədə etibar etdiyini bildirib.

Ukraynadakı müharibəyə toxunan Conson bu ölkəyə verilən dəstəyin fasiləsiz olaraq davam edəcəyini və baş nazir olduğu müddətdə Ukraynanın azadlığı üçün çalışmaqda davam edəcəklərini əmin edib.

İTV-nin siyasi redaktoru Anuşka Asthana deyib ki, Conson istefasını elan etməzdən əvvəl Kraliça Yelizaveta ilə danışıb.

Qaydaya görə, İngiltərədə istefa verən baş nazir Bukingem Sarayına gedir və istefasını kraliçaya təqdim edir. Daha sonra onun yerinə yeni baş nazir təyin edilir.

Son illərdə keçmiş baş nazirlər Toni Bleyr, Devid Kemeron və Tereza Mey də istefa verərək vəzifəsini tərk ediblər. Bütün keçmiş baş nazirlər varis seçilənə qədər vəzifələrində qalıblar.

Qeyd edək ki, bəzi müşahidəçilər bu məsələdə Rusiyanın “əli olduğunu” desələr də, ciddi ekspertlər bu fikri yaxına buraxmır. Məsələ ondadır ki, hakimiyyətdə hələ də Mühafizəkarlar Partiyası olacaq. Böyük ehtimalla yeni baş nazir hazırkı xarici işlər naziri Liz Truss olacaq. Xanım Truss isə Rusiyaya qarşı radikal mövqeyi ilə tanınır. Onun təyinatından sonra Britaniyanın Rusiyaya qarşı daha sərt mövqe alacağı gözlənilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »