Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyadan qəribə iddia: Kim və Vi yadplanetlilərlə təmasda olub
Şimali Koreyadan qəribə iddia: Kim və Vi yadplanetlilərlə təmasda olub

Pandemiya dünyada əvvəlki qədər ciddiyə alınmır. Əksər ölkələr quru sərhədlərini açıb, pandemiya məhdudiyyətləri aradan qaldırılıb. Amma Şimali Koreyada vəziyyət yaxşı deyil. Hər gün xəstəliyə on minlərlə yoluxan qeydə alınır. Hökumət bunun qarşısını almaqda aciz görünür.

Bizimyol.info xəbər verir ki, Şimali Koreyada virusun tüğyan etdiyi vaxtda pandemiyanın ölkəyə başqa planetdən gəldiyini iddia edirlər. KCNA dövlət agentliyi bununla bağlı məlumat yayıb. İddiaya görə, apreldəki böyük yoluxma başqa planetlərdə yaşayanların üzündən olub. Onda 4.7 milyon nəfərin virusa yoluxduğu bildirilir. Ölkə rəhbəri Kim Çen Inın təbliğat maşını məsuliyyəti başqa planetlərdə yaşayanların üstünə atır. Guya 18 yaşlı Kim adlı əsgər və 5 yaşlı Vi onlarla təmasda olub. Bundan sonra hər ikisində xəstəlik aşkarlanıb.

Şimali Koreya hökuməti buna qədər başqa nağıllar danışırdı. Əvvəlcə ölkədə, ümumiyyətlə, belə bir xəstəliyin olmadığı deyilirdi. Sonra başqa xəstəliklərin bu xəstəliyə gətirib çıxardığı bildirildi. Milyonlarla şimalikoreyalıda virus aşkarlananda yeni, daha inanılmaz bəhanəyə ehtiyac yarandı. Beləcə, “başqa planetlərdən gələnlər” variantı dilə düşdü.

KCNA-nın məlumatına görə, apreldə xüsusilə sərhəd rayonlarında “uçan boşqablar” peyda olub. Həmin kosmik gəmilərdən çıxan məxluqlar Kimə və Viyə toxunub. Bununla virusun yayıldığı iddia olunur.

Qərb mətbuatında iddia Kim Çen In hökumətinin növbəti fırıldağı kimi xarakterizə olunur. Cənubi Koreya şimal qonşusunun əhalisini məlumatlandırmaq üçün göyə tez-tez hava şarları buraxırdı. Məhz hava şarlarının köməyi ilə Şimali Koreya ərazisinə kağız parçaları göndərilirdi. Həmin kağızlarda ölkə ilə bağlı həqiqətlər yazılırdı. Şimali Koreya əhalisinin müəyyən hissəsi bu yolla məlumatlandırılırdı. Pxenyan da camaatı qorxutmaq üçün yeni nağıl uydurub. Şimali Koreyada vurisa görə böyük qorxu hökm sürür. İnsanlar “başqa planetlərdən gələnlər” variantına inansa, onda hava şarlarına güvənməyəcək. Təbii ki, hər tərəfə səpələnən kağızlara da toxunmayacaqlar.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »