Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əsəbləşəndə kitabların bir hissəsini töküb yandırıram"
"Əsəbləşəndə kitabların bir hissəsini töküb yandırıram"

“Heç kim kitab oxumur. Mən insanların diqqətini daha çox kitab oxumağa yönəltmək istədim. İnsanlar kitab oxumursa, o kitabları saxlamaq, qorumaq nəyə dəyər? Bəlkə bundan sonra insanların bir hissəsi əlinə kitab alar və yazıları oxumağa başlayarlar”

Bu barədə Bizimyol.info xəbər portalına danışan Azərbaycan Milli Kulinariya Assosiyasiyasının rəhbəri Tahir Əmiraslanov bildirib ki, kitabların səhifələrindən sosial şəbəkələrdə maraqlı məlumatlar paylaşsa da, diqqət çəkmir. Yəni kitab oxuyan yoxdur.

Tahir Əmiraslanov Tahir Əmiraslanov

Ötən gün Tahir Əmiraslanov illərlə yığıb-topladığı kitabları yandırıb. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib: “Hər dəfə əsəbləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşir, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və s. yaxşı yanır. Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki”.

Xatırladaq ki, Tahir Əmiraslanov uzun illər Milli Kulinariya Mərkəzinin direktoru vəzifəsində çalışıb. Bu il işdən azad edilən Əmiraslaovun yerinə Orxan Fikrətoğlu təyin edilib. Bu təyinat cəmiyyət tərəfindən birmənalı şəkildə qarşılanmayıb. Həmçinin bildirək ki, Tahir Əmiraslanov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa ili” layihəsi çərçivəsində həyata keçirilən qrant müsabiqəsində “Qarabağ mətbəxinin inciləri” kitab layihəsi ilə qatılıb. O, müsabiqənin qaliblərindən olub. Tahir Əmiraslanova layihəsi üçün 25500 manat vəsait ayrılıb. Qeyd edək ki, “Qarabağ mətbəxinin inciləri” kitabı işğaldan azad edilmiş ərazilərin mətbəxi ilə bağlı məlumatları detallı şəkildə özündə əks etdirir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »