Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibə başlayandan bir ilk: Rusiya G20 sammitinə qatılacaq
Müharibə başlayandan bir ilk: Rusiya G20 sammitinə qatılacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 xarici işlər nazirləri sammiti üçün İndoneziyaya səfər edib. Bu il Rusiya-Ukrayna müharibəsinin kölgəsində baş tutacaq sammit həm də Rusiyanın fevralın 24-dən bəri ilk dəfə belə bir toplantıda təmsil olunması deməkdir. Dünyanın səbirsizliklə gözlədiyi görüşlər öncəsi verilən açıqlamalar kifayət qədər kritikdir...

Bizimyol.info xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Ukraynadakı müharibəsi və böhrana necə cavab veriləcəyi ilə bağlı blok daxilindəki dərin fikir ayrılıqlarının kölgəsində qalma ehtimalı olan G20 xarici işlər nazirlərinin görüşü üçün İndoneziyanın Bali adasına uçub.

İndoneziyadakı bu mühüm görüş Kremlin qonşusunu işğal etməsindən və qlobal ərzaq və enerji böhranlarına səbəb olduqdan sonra Rusiya nümayəndəsi ilə ilk yüksək səviyyəli görüş olacaq.

Sammitdə ABŞ dövlət katibi Antoni Blinken, Lavrov və Çinin xarici işlər naziri Vanq Yi Qərb hökumətləri arasında müharibənin ərzaq və yanacaq qiymətlərinə təsiri ilə bağlı narahatlıqlarını müzakirə edəcək və iştirakçı ölkələr BMT -ni “görünməmiş” təhlükə barədə xəbərdar edəcəklər.

Onu da əlavə edək ki, bu görüş həm də Lavrovun müharibəni sərt tənqid edən xalqlardan olan həmkarları ilə ilk görüşü olacaq. Analitiklər Ukraynadakı müharibənin necə idarə olunacağı və onun qlobal təsirləri ilə bağlı fikir ayrılıqları ilə dolu olan G20-nin nəyə nail ola biləcəyini, hansısa qazancın olub-olmayacağını artıq sual etməyə başlayıblar.

Digər tərəfdən, Qərb üzvləri Moskvanı hərbi cinayətlərdə günahlandırıb, görünməmiş sanksiyalar tətbiq edərkən, Çin, İndoneziya, Hindistan və Cənubi Afrika kimi digər ölkələr eyni tənqidi mövqe tutmayıb.

Xatırladaq ki, Lavrov dünənki çıxışında dünyadakı bütün tərəfləri beynəlxalq hüquqa riayət etməyə çalışmağa çağırıb və "Dünya kompleks şəkildə inkişaf edir" deyə bildirib.

Həftənin əvvəlində Çin ABŞ və NATO-nu sərt şəkildə tənqid edərək, Vaşinqtonun “beynəlxalq qaydalara yalnız öz bildiyi kimi əməl etdiyini” bəyan edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian Pekində jurnalistlərə bildirib ki, qaydalara əsaslanan beynəlxalq nizam əslində ABŞ-ın maraqlarına xidmət etmək üçün bir neçə ölkə tərəfindən qurulan ailə qaydasıdır.

Qeyd edək ki, kritik görüşdən əvvəl danışan Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner bunun "normal sammit" və ya "hər zamankı kimi iş" olmayacağını deyib.

Cənub-Şərqi Asiya üzrə Xarici Əlaqələr Şurasının yüksək səviyyəli üzvü Joshua Kurlantzick, görüşə ev sahibliyi edən İndoneziya Prezidenti Coko Vidodonun "fəlakətli" ola biləcək bir görüşdən qaçmağa ümid etdiyini söyləyib. Kurlantzick deyib ki, masa ətrafında müxtəlif ölkələr və perspektivlər var və bu demək olar ki, idarəedilməzdir: "Bəzi G20 ölkələri arasında demək olar ki, hər hansı bir nəticəyə gəlmək üçün çox böyük boşluqlar var. Maliyyə nazirlərinin görüşündə olduğu kimi, heç kimin çölə çıxmaması möcüzəvi olacaq”.

Məlumat üçün bildirək ki, İndoneziya prezidenti Cokovi bu yaxınlarda həm Ukraynaya, həm də Rusiyaya səfər edərək, bir çox ölkələr kimi İndoneziyanın da çox asılı olduğu ixracatın bərpasına imkan verəcək tədbirlər görməyə çağırıb.

İndoneziya xarici siyasətə “müstəqil və fəal” yanaşır və danışıqlara kömək edə biləcək neytral aktyor kimi görünməyə çalışır.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »