Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq Valyuta Fondundan bədbin iqtisadi proqnoz
Beynəlxalq Valyuta Fondundan bədbin iqtisadi proqnoz

Beynəlxalq Valyuta Fondu inflyasiya və iqtisadi yavaşlama səbəbindən 2023-cü ildə qlobal resessiya riskinin yüksək olduğunu bildirir.

Bizimyol.info xarici məbtuata istinadla xəbər verir ki, bu proqnozu BVF-nin direktoru Kristalina Georgiyeva verib. Onun sözlərinə görə, son yenilənmədən sonra dünya əhəmiyyətli dərəcədə dəyişib. O, qeyd edib ki, 2022-ci il çətin olacaq, lakin 2023-cü il daha sərt ola bilər. Çünki 2023-cü il üçün tənəzzül riskləri daha çoxdur.

“Son iqtisadi məlumatlar, Çin və Rusiya da daxil olmaqla bəzi böyük iqtisadiyyatların ikinci rübdə azaldığını göstərir. 2023-cü ildə risklərin daha da yüksək olacağı gözlənilir”,- deyə Georgiyeva bildirib.

BVF mümkün qlobal böhranın səbəbləri arasında faiz dərəcələrinin əhəmiyyətli dərəcədə artması, iqtisadi artımın yavaşlaması, Rusiya müharibəsi ilə bağlı sanksiyaların sərtləşdirilməsi və inflyasiyanın yüksəlməsini göstərir.

İndi BVF yenidən qlobal iqtisadi artım proqnozunu aşağı salmağı planlaşdırır. Ötən dəfə keçən il qlobal iqtisadiyyatın 6,1 faiz artmasına baxmayaraq fond onu 3,6 faizə endirmişdi. Georgiyeva bildirib ki, qarşıdakı həftələrdə fondun bu il üçüncü dəfə 2022-ci il üçün qlobal iqtisadi artım proqnozunu 3,6 faiz azaldacağını bildirib.

O əlavə edib ki, BVF iqtisadçıları hələ də yeni rəqəmlər üzərində çalışır. Xatırladaq ki, BVF-nin 2022 və 2023-cü illər üçün yenilənmiş proqnozunu iyulun sonunda dərc edəcəyi gözlənilir.

Qeyd edək ki, qlobal iqtisadiyyat 2021-ci ildə 6,1 artmışdı.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »