Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya yenə dünyanı nüvə ilə hədələdi: Medvedevdən "kefli" açıqlama
Rusiya yenə dünyanı nüvə ilə hədələdi: Medvedevdən "kefli" açıqlama

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin fikrincə, Rusiyanın nüvə silahı olduğu üçün o, beynəlxalq səviyyədə cinayətlərə görə belə cəzalandırılmamalıdır. Medvedyev bu fikri ilə demək olar ki, bütün bəşəriyyəti təhdid edib.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin tərəfdaşı Medvedyev bu barədə öz Telegram kanalında yazıb. O düşüncələri ilə bütün oxları ABŞ-a çevirməyə çalışıb.

"Bu təkliflər təkcə hüquqi cəhətdən etibarsız deyil, eyni zamanda ən böyük nüvə potensialına malik olan ölkənin cəzalandırılması ideyası özlüyündə absurddur",- deyən Medvedyev ehtimal edilən tribunalın yaradılmasına reaksiya verib. Onun sözlərinə görə, amerikalılar həmişə məhvetmə müharibələri aparıblar.

“Görünür, onun ölkəsinin Ukraynada qanlı qırğın törətdiyini və dinc sakinləri, o cümlədən uşaqları qətlə yetirdiyini unudublar. ABŞ-ın hərəkətlərinin qurbanlarının sayı nasist rejiminin qurbanları ilə müqayisə oluna bilər”,- deyən Medvedyev Rusiyanı “ağa çıxarmaq” üçün İncildən misal gətirib.

"Onlar çox yaxşı başa düşürlər ki, bu Rusiya ilə işləməyəcək. Buna görə də murdar müharibə itləri hürməyi dayandırıb. Lakin Birləşmiş Ştatlar və onların dəyərsiz tərəfdaşları “Müqəddəs Yazıların” sözlərini xatırlamalıdırlar: "Mühakimə etməyin, yoxsa siz mühakimə olunarsınız, çünki nə ilə mühakimə etsəniz, elə də mühakimə olunacaqsınız”,- deyə o qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Medvedev qeyd etmişdi ki, Rusiyaya qarşı sanksiyalar müharibə bəhanəsi və beynəlxalq təcavüz aktı kimi qiymətləndirilə bilər. Qeyd edək ki, belə absurd bəyanatlar Putinin tərəfdaşının adekvatlığına dair sualları artırır. Medvedev içkiyə meylli adam kimi tanınır və çoxları hesab edir ki, o, belə açıqlamaları adətən, "kefli" vaxtlarında verir. Bununla belə, bu sayaq hədə-qorxu açıqlamaları Putinin də mövqeyinə uyğundur.

Maraqlıdır ki, bir müddət əvvəl hakerlər Rusiyanın Belqorod şəhərində alkoqolizm klinikasının saytını sındıraraq Vladimir Putin, Dmitri Medvedyev və xarici işlər naziri Sergey Lavrovu klinikanın xəstəsi kimi qeydə alıblar.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »