Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Əfqanıstanı müttəfiqlər siyahısından çıxarıb
ABŞ Əfqanıstanı müttəfiqlər siyahısından çıxarıb

ABŞ prezidenti Co Bayden ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə Əfqanıstanı ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusundan məhrum etmək qərarını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN yazır.  “Mən Əfqanıstanın əsas qeyri-NATO müttəfiqi statusunu ləğv etmək niyyətimi bildirirəm”,- deyə Baydenin məktubunda deyilir.

Qeyd edək ki, ABŞ 2012-ci ildə Əfqanıstanı NATO üzvü olmayan əsas müttəfiqləri siyahısna daxil edib. Birgə müdafiə paktı ilə bağlı olan ABŞ-ın NATO müttəfiqlərindən fərqli olaraq Əfqanıstan NATO üzvü olmayan bir müttəfiq kimi qarşılıqlı müdafiə zəmanətinə malik olmayıb. Ancaq müttəfiq statusu Əfqanıstana hərbi təlim və yardım almaq hüququ vermişdi.

Eyni zamanda Əfqanıstan hərbi texnikanın sürətləndirilmiş satışı və icarəsi ilə yanaşı, bu ölkənin özəl şirkətləri ABŞ hərbi texnikasının xaricdə saxlanması, təmiri və ya əsaslı təmiri üçün müqavilələr üzrə tender təklif edə bilərdi.

ABŞ Dövlət Departamentinin məlumatına görə, Əfqanıstanın statusunun ləğvi ilə ABŞ-ın NATO-ya daxil olmayan 18 əsas müttəfiqi olacaq.

Bura Argentina, Avstraliya, Bəhreyn, Braziliya, Kolumbiya, Misir, İsrail, Yaponiya, İordaniya, Küveyt, Mərakeş, Yeni Zelandiya, Pakistan, Filippin, Qətər, Cənubi Koreya, Tailand və Tunis daxildir.

Xatırladaq ki, 2021-ci ilin avqustunda Birləşmiş Ştatlar Əfqanıstandan qoşunlarının çıxarılmasını başa çatdırıb. Ölkədə terror təşkilatı kimi tanınan Taliban hərəkatı hakimiyyətə gəlib.

Yeri gəlmişkən, qeyd edək ki,  ABŞ prezidenti Cozef Bayden İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı da Konqresə məktublar göndərib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »