Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya səfirlik işçilərinin maaşını köçürə bilmir: "Sərt cavab verməliyik"
Rusiya səfirlik işçilərinin maaşını köçürə bilmir: "Sərt cavab verməliyik"

Bolqarıstan Rusiya Federasiyasının Bolqarıstandakı səfirliyinə təqribən 890 min dollar məbləğində vəsait köçürməsinə mane olub. Buna cavab olaraq isə, Rusiya Federasiya Şurası sərt və tez cavab verməyə çağırıb.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, Bolqarıstanın maliyyə naziri Asen Vasilyev BNR radiostansiyasının efirində bildirib ki, pul Rusiyanın Bolqarıstandakı səfirliyinin işçilərinin maaşlarına xərclənməli idi.

"Rusiya səfirliyinə bu bank köçürməsi birbaşa Avropa Komissiyasının sanksiyalarına tabedir. Dondurulmuş bank hesabları yoxdur",- deyə Vasilyev jurnalistlərə bildirib.

Qeyd edək ki, vəsaitin köçürlməsinə mane olmaq üçün Bolqarıstan heç bir addım atmayıb. Hər şey avtomatik olaraq baş verib.

Rusiya Federasiya Şurasının konstitusiya qanunvericiliyi komitəsinin rəhbəri Andrey Klişas Telegram kanalıda bu addıma qarşılıq olaraq sərt cavab verməyə çağırıb.

"Diplomatlarını ölkədən çıxaran və Rusiyanın Sofiyadakı səfirliyinin hesablarını bloklayan Bolqarıstanın cavabını vermək üçün nə qədər çox düşünsək, bir zamanlar suveren olan bu ölkənin hökuməti özünü bir o qədər təkəbbürlü aparacaq. Biz sərt və çevik cavab verməliyik”,- deyə o vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl qeyd edilirdi ki, dünyada bütün eskpertlər Rusiya iqtisadiyyatının daha güclü olduğunu və tətbiq edilən sanksiyaların Rusiya iqtisadiyyatına gözlənilən zərəri vermədiyin inanır. Ancaq reallıqda isə vəziyyət başqadır. Belə ki, reallıqda Rusiya Federasiyası statistik məlumatların dərcini qadağan edir, real rəqəmləri gizlədir və məmurlara Rusiya iqtisadiyyatı üçün real nəticələri dilə gətirməyi qadağan edir. Bir çox istehsal sahələri dayanıb, yüz minlərlə iş yeri bağlanıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »