Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya ordusu Ukraynada tapşırıqları yerinə yetirmək qabiliyyətini itirib"
"Rusiya ordusu Ukraynada tapşırıqları yerinə yetirmək qabiliyyətini itirib"

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç hesab edir ki, Ukraynada müharibə 2,5 il ərzində mütləq başa çatacaq. Və bu zamana qədər aktiv döyüş əməliyyatları mütləq şəkildə başa çatacaq.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, o, bu barədə “Feygin LIVE” efirində məlumat verib. "2,5 ildən sonra biz bu problemin öhdəsindən gələcəyik. Fikrimcə, aktiv döyüş əməliyyatları bu müddətdən daha tez başa gələcək. Bir daha vacib fikri təkrarlayacağam. Rusiya ordusu Ukraynada verilən tapşırıqları yerinə yetirmək qabiliyyətini itirib. Bu imkanları itirən Rusiya ordusu bütün diqqətini bütün qrupun 50 faizi üzərində cəmləşdirib.

Aleksey Arestoviç Aleksey Arestoviç

Həmçinin, konsentrasiya və yerdəyişmə çox yüksək xərc, problem, itki və vaxt deməkdir. Qərb silahlanması davam etdiyi vaxt biz də ehtiyatlar yaradırıq",- deyə Aretoviç bildirib. Onun sözlərinə görə, cəbhənin müəyyən ərazilərində Rusiya ordusunun döyüşmək üçün artıq gücü və resursları yoxdur.

"Xatırladım ki, əvvəl onlar ayrı-ayrı istiqamətlərdə döyüşərkən kifayət qədər güc və resurslara malik idilər. İndi isə döyüşə bilmk üçün qoşunları cəmləşdirməli, onları cəbhənin digər bölmələrindən çıxarmalıdırlar. Bu Rusiya üçün çox pis, ümidsiz müharibədir",- deyə Arestoviç qeyd edib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının əsas zərbə qüvvəsi Slavyansk istiqamətində - İzyum və Limanda cəmlənib. Belə ki, düşmən cəbhənin bu sektorlarında 25-ə qədər batalyon taktiki dəstəsi yerləşdirib.

Aretoviçin sözlərinə görə, Rusiya qoşunları şərqdən Baxmuta tərəf getməyə çalışır. Tapşırıq isə şəhəri cənubdan bloklamaq və onu mühasirəyə almaqdan ibarətdir. Rusiya qoşunlarının üçüncü qrupu isə Luqansk vilayətinin hüdudlarından kənara çıxa bilmək üçün Seversk-Baxmut xəttini ələ keçirməyə çalışır.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna hərbi kəşfiyyatının nümayəndəsi Vadim Skibitski müharibənin qışa qədər davam edəcəyini proqnozlaşdırmışdı.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »