Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sənədli filmdə Putinlə Makronun telefon danışığı üzə çıxdı, Kreml qəzəbləndi
Sənədli filmdə Putinlə Makronun telefon danışığı üzə çıxdı, Kreml qəzəbləndi

Ukraynada müharibə tam sürətlə davam edərkən dünya Fransadan gələn xəbərlərdən danışır. Belə ki, Makronun Putinlə telefon danışığının tam səsyazısı ortaya çıxıb.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə fevralın 24-də başlayan müharibə Ukraynanın şərqində davam edir. Dünyanın gözü və qulağı aylardır bölgədən gələn xəbərlərdədir. Rusiya qoşunlarının irəliləməsinin davam etməsi Qərbdə narahatlıq yaradıb. Bununla yanaşı Fransadan da xəbərlər gəlib.

Müharibənin qarşısını almaq üçün həm Putin, həm də Ukrayna lideri Vladimir Zelesnki ilə görüşən Fransa prezidenti Makronun telefon danışığı ortaya çıxıb.

Ötən günlərdə AFP-nin əldə etdiyi səs yazılarının sənədli filmdə istifadə edilib. Moskva qüvvələrinin Ukraynaya hücumundan cəmi dörd gün əvvəl Makronun Putinlə görüşü "France 2"-də yayımlanan sənədli filmdə nümayiş etdirilib. Yayımlanan sənədli filmlə iki liderin görüşünün tam qeydi ictimaiyyətə təqdim edilib.

Sözügedən yazılarda Putinin Zelenskini yalan danışmaqda ittiham etdiyi eşidilir. Putin daha sonra Zelenskinin Kremlpərəst ukraynalı separatçılarla danışıqlardan açıq şəkildə imtina etdiyini vurğulayır.

Məhz bu anda Makronun bir müddət səsini ucaldaraq “bilmirəm, vəkiliniz qanunu haradan öyrənib” deməsi eşidilir. Bu sözlərin ardınca Putin Zelenskinin demokratik yollarla seçilmədiyini iddia edərək “onlar hakimiyyətə qanlı çevrilişlə gəldilər” deyə bildirir.

Sənədli filmin yayımından sonra Moskva-Paris xəttində gərginlik artıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, yayım “diplomatik etiket”in pozulmasıdır.

Xatırladaq ki, bir müddət komediya aktyoru olan Zelenski 2019-cu ildə keçirilən seçkilərdə 73 faiz səslə qalib gəlib. Seçkilərin ilk turunda 30 faizdən bir qədər çox səs toplayan Zelenski ikinci turda 15,95 faiz səs toplayan Petro Poroşenko ilə qarşılaşıb. İkinci turda Poroşenkonun səs payı 25 faiz olaraq qalıb.

P.S. Putinin iddialarından fərqli olaraq, Ukraynada seçkilər şəffaf keçirilib və bütün dünya da bu seçkiləri demokratik olaraq qəbul edib. Rusiyada isə Boris Yeltsindən sonra heç vaxt demokratik seçki keçirilməyib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »