Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilər ABŞ-da yunan lobbisini dəstəklədilər
Ermənilər ABŞ-da yunan lobbisini dəstəklədilər

Ötən həftə İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Liderlər Zirvəsi çərçivəsində ABŞ prezidenti Bayden və Türkiyə prezidenti Ərdoğan arasında keçirilən görüşdən sonra Baydenin Türkiyəyə F-16 satmaq üçün yaşıl işıq yandırmasına reaksiyalar artır.

Bizimyol.info xəbər verir ki, ABŞ Konqresində yunan lobbisinin dəstəklədiyi bəzi siyasətçilər bu satışın qarşısını almaq üçün Milli Müdafiə Səlahiyyət Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi hazırlayarkən, erməni lobbisindən buna dəstək gəlib. Vaşinqtonun ən fəal lobbilərindən biri olan ANCA Türkiyə əleyhinə fəaliyyətləri ilə gündəmə gəlib.

Gus Bilirakis, Carolyn Maloney, Chris Pappas, Dina Titus kimi adlar erməni lobbisinin dəstəklədiyi siyasətçilərdən biri olan Frank Pallone-yə qoşulub. Konqres üzvləri Baydenə məktub yazaraq, F-16-ların Türkiyəyə mümkün satışı ilə bağlı narazılıqlarını ifadə ediblər. Məktubda “Türkiyə və Türkiyənin dəstəklədiyi qüvvələr ABŞ istehsalı olan silahlarla İraq, Suriya və “Dağlıq Qarabağ”a hücum edib” kimi ittihamlar heç bir sübut göstərilmədən irəli sürülüb.

ANCA-nın yüksək səviyyəli meneceri Aram Hamparian da bu prosesi dəstəklədiklərini açıqlayıb. "Biz yunan müttəfiqlərimizə qoşuluruq və Pallonenin Baydenə çağırışını dəstəkləyirik”,-deyə bildirib. Erməni mətbuatında yer alan xəbərlərdə Yunan və erməni lobbisinin dəstəyi ilə digər siyasətçilərin də bu məktubu imzalayacağı bildirilib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »