Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya oliqarxlarının müəmmalı ölümləri davam edir
Rusiya oliqarxlarının müəmmalı ölümləri davam edir

Rusiyalı oliqarxların müəmmalı ölümləri ilə bağlı hadisələrə yenisi əlavə edilib.

Bizimyol.info xəbər verir ki, Rusiyanın dövlət enerji nəhəngi “Qazprom”la sıx əlaqələri olan rusiyalı iş adamı Yuri Voronov Sankt-Peterburqda olub. O, Sankt-Peterburqda dəbdəbəli evin hovuzunda ölü tapılıb. Araşdırmalar zamanı məlum olub ki, 61 yaşlı Voronov güllələnib.

Məlumat üçün bildirək ki, “Astra Shipping” şirkətinin direktoru və Arktika regionunda Qazprom ilə işləyən Voronov son vaxtlar Rusiyanın enerji sənayesində müəmmalı şəkildə ölən beşinci şəxsdir. Xarici media yazır ki, həyat yoldaşı Voronovun son vaxtlar şərikləri ilə problem yaşadığını və külli miqdarda pul itirdikdən sonra çox içməyə başladığını bildirib.

Xatırladaq ki, “Qazprom”un keçmiş vitse-prezidenti, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Vladislav Avayev aprel ayında həyat yoldaşı və 13 yaşlı qızı ilə birlikdə Moskvadakı mənzilində ölü tapılıb. Bu hadisədən sonra “Qazprombank”la yaxın münasibətdə olan “Novatek” təbii qaz şirkətinin keçmiş vitse-prezidenti Sergey Protosenya da həyat yoldaşı və qızı ilə birlikdə İspaniyadakı evində ölü tapılıb. İntihar etdiyi düşünülən Protoseniyanın oğlu ailəsinin öldürülmüş ola biləcəyini iddia edib.

Nəhayət, Rusiyanın ən böyük neft şirkətlərindən biri olan “Lukoyl”un keçmiş meneceri Aleksandr Subbotin may ayında şaman cütlüyünün evində ölü tapılıb.

Qeyd edək ki, bu adların “məxfi məlumatlara malik olduqları üçün öldürüldüyü” iddiaları uzun müddətdir ki, Rusiya mətbuatında mübahisələr yaradır. Rusiyanın işğalından sonra Ukraynaya qaçan və Kremli sərt tənqid edən “Qazprombank”ın keçmiş vitse-prezidentlərindən biri İqor Volobuyev Avayevin kəşfiyyat tərəfindən öldürüldüyünü, onun əlində olan məxfi məlumatlara görə olduğunu iddia edir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »